Məqalədə LoRaWAN şəbəkəsinin mövcud vəziyyəti analiz olunmuş, inkişaf perspektivləri göstərilmiş, onun əsasında hərəkətdə olan obyektlərdə məlumatların otürülməsinin konseptual arxitekturası təklif olunmuşdur. Müasir dövrdə Əşyaların İnterneti (IoT) informasiya texnologiyalarının tətbiqinin ən perspektivli sahələrindən biri hesab olunur və IoT şəbəkələrinin qurulması üçün müxtəlif naqilsiz rabitə texnologiyalarından istifadə edilir. Bu məqsədlə məqalədə yeni rabitə texnologiyası olan LoRaWAN texnologiyalarının arxitekturası, şəbəkə xüsusiyyətləri və tətbiq sahələri tədqiq olunmuşdur. LoRaWAN şəbəkəsinin qurulması üçün texniki tələblər, LoRa qurğuları və onların növləri analiz edilmişdir. LoRaWAN-nın digər texnologiyalarla müqayisəli təhlili aparılmışdır. IoT qurğuları vasitəsilə toplanan məlumatların sürətlə ötürülməsi və itkisiz qəbul edilməsi üçün LoRaWAN-dan istifadənin digər texnologiyalara nisbətən üstünlükləri göstərilmişdir. LoRaWAN-dan istifadə etməklə hərəkətdə olan obyektlərdə məlumatların ötürülməsinin konseptual arxitekturası təklif olunmuşdur. Təklif edilən yanaşmanın səmərəliliyi məlumatların daha operativ ötürülməsinə imkan verməsi ilə təyin edilir.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.