Reproduktiv və postmenopauza dövrünü yaşayan qadınlar arasında qeyd olunan müxtəlif ginekoloji patologiyaların etiopatogenezində müs-təsna rollardan biri də yaş faktoru hesab edilir. Qadın həyatının hər bir dövründə yaş artımı digər somatik və ekstragenital patologiyaların formalaşmasına təkan verməklə yanaşı, ginekoloji sferaya da təsirsiz ötüşmür, bir sözlə əhəmiyyətli risk faktoru hesab edilir. 25-30 yaşlardan başlayaraq, həyatlarının sonrakı zaman intervallarında əksər reproduktiv yaşlı qadınların toxumalarında bir sıra struktur dəyişikliklər izlənilir; bu sıraya toxuma elastikliyinin və tonusun zəifləməsi, kollagen və elastinlərin azal-ması, hidratasiyanın itməsi, selikli qişaların funksio-nal fəallığında ləngimələr (nazilmə, turqorluğun zəifləməsi və s..) şamil edilir. Artıq çəki və piylən-mədən əziyyət çəkən, oturaq həyat tərzi olan qız-larda və qadınlarda, o cümlədən patoloji hamiləlik və ağır fizioloji doğuş keçirən qadınlarda yuxarıda sadalanan əlamətlər fonunda immun sistemin ümumi və yerli zəifləməsi, müxtəlif xroniki vaginal infeksiyalaşmalar müşahidə olunur.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.