Dölün bətndaxili inkişaf ləngiməsi (DBİL) yayılmış və mürəkkəb mamalıq problemidir. Qeyd edilmişdir ki, DBİL hamilə qadınların təqribən 10-15%-də, yeni doğulmuşların 5-10%-də rast gələrək, perinatal xəstələnmə və ölümün əsas faktorudur [1, 2]. Çox vaxt DBİL ümumi patogenetik inkişaf mexanizmlərinin olması ilə hamiləliyin kəsilməsi ilə əlaqələndirilir [1]. DBİL neonatal və postneonatal dövrlərdə döl ölümün mühüm risk faktorudur. DBİL olan uşaqların ölümü normal inkişaf edən yeni doğulmuş uşaqların ölümündən 3-10 dəfə yüksəkdir [1]. DBİLnin olması ölü doğum riskini 8 dəfə artırır. Ölü doğulan körpələrin təxminən 20%-də DBİL var [3, 4].
Gec reproduktiv yaşda (GRY) olan hamilə qadınlar (35-49 yaş) mamalıq və ginekoloji patologiya ilə əlaqədar artan risk qrupuna aiddir, onların arasında ginekoloji xəstəlikləri, düşüklər, birincili və ya ikincili sonsuzluq, əksər qadınlarda isə hamiləlik ilkdir [1-4]. Bununla belə, müasir dövrdə 40 yaşdan yuxarı doğuş müasir mamalığın obyektiv reallığına çevrilir [5,6]. 42 yaş konsepsiya üçün kritik yaş kimi müəyyən edilir, baxmayaraq ki, hər iki istiqamətdə sapmalar əhəmiyyətli ola bilər.Rusiyada reproduktiv yaşda olan qadınların sayının 30%-ni 40-50 yaşlı qadınlar təşkil edir, onların bir çoxu öz peşə fəaliyyətlərində fəaldır, ailə-nikah münasibətləri məsələlərini həll edir. 45 və daha yuxarı yaşda ovulyasiya və cinsi əlaqənin tezliyi azalsa da, bəzi qadınlarda cinsi aktivlik arta da bilər [1,7].
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.