Tədqiqatın məqsədi. Ağciyər xərçənginin müxtəlif formalarının diaqnostikasında rentgenoqrafiya və kompüter tomoqrafiya müayinə üsullarının alqoritmdəki yerinin müəyyənləşdirilməsi olmuşdur. Material və metodlar. Hazırki tədqiqatda 160 xəstənin məlumatları daxil edilmişdir. Tədqiqat həm retrospektiv, həm də prospektiv aparılmışdır. Ağciyər xərçəngi 139 xəstədə aşkarlanmışdır. (periferik ağciyər xərçəngi - 89 (55,6%), mərkəzi ağciyər xərçəngi - 50 (31,3%)) Nəticələr. Elmi-tədqiqat işinin nəticələri göstərir ki, periferik ağciyər xərçənginin diaqnostikası zamanı rentgenoqrafiyanın həssaslığı (Se) 69,7±8,0%, spesifikliyi (Sp) 50,0±12,5%, diaqnostik dəqiqliyi (DD) 63,3±6,9%; komputer tomoqrafiyanın həssaslığı 88,8±3,3%, spesifikliyi – 71,4±9,9%, diaqnostik dəqiqliyi – 85,5±3,4%; mərkəzi ağciyər xərçənginin diaqnostikasında isə rentgenoqrafiyanın müayinəsi üçün bu göstəricilər uyğun olaraq 84,8±4,4% (Se), 50,0±12,5% (Sp), 78,0±4,6% (DD); komputer tomoqrafiya müayinəsi üçün 96,0±2,8% (Se), 71,4±9,9% (Sp), 88,7±3,8% (DD) təşkil etmişdir. Yekun. Bu məlumatları istifadə edərək, ağciyər şişlərinin diaqnozu üçün bir alqoritm təyin olundu. Diaqnostik müayinənin təsvir olunan alqoritmi xəstənin diaqnozunu sürətləndirməyə imkan vermişdir.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2025 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.