Bitkoin kriptovalyutasını dəstəkləmək üçün yaradılmış blokçeyn texnologiyasının potensialı daha böyükdür və digər tətbiq sahələrində də geniş imkanlar təqdim edir. Blokçeyn texnologiyası rəqəmsal tranzaksiyaların paylanmış, təhlükəsiz və etibarlı emalını təmin edir. Son dövrlər blokçeyn texnologiyası geniş tədqiq olunmağa başlayır, lakin həm tədqiqatçılar, həm də texnologiyalar sahəsində əksər qərar qəbul edənlər arasında bu texnologiyanın əsl potensialı haqqında düzgün təsəvvür yoxdur. Bu işdə blokçeyn texnologiyasının komponentləri analiz edilir, müxtəlif sahələrdə tətbiqi təcrübələri təhlil edilir və bu texnologiyanın inkişafı üçün həll edilməsi vacib problemlər müəyyən edilir, gələcək tədqiqat istiqamətləri göstərilir.Açar sözlər: Bitkoin, blokçeyn, paylanmış reyestr texnologiyası, blokçeyn platforması, konsensus protokolu, Bizans imtinalarına qarşı dayanıqlılıq, Ethereum, Hyperledger-Fabric, IOTA.