Hal-hazırda bütün dünyada erkən və məktəbəqdər yaş dövründə olan uşaqlarda bronxoobstruksiya fenotiplərinin tədqiqi böyük elmi maraq obyekti olaraq qalır. Fenotiplərin identifikasiyası xəstəliyin etiopatofizioloji, o cümlədən epigenetik mexanizmlərini daha yaxşı anlamaq, prediktorları müəyyən etmək və BA inkişaf riskini proqnozlaşdırmaq üçün lazımdır.Ədəbiyyat məlumatlarina əsasən,bronxoobstruksiya fenotiplərinin müəyyən edilməsi ilə bağlı ilk elmi işlərdən biri 1980-1986-cı illərdə ABŞ-da (TcrS) aparılmışdır. Almaniyada, Böyük Britaniyada, İsveçdə, İspaniyada, Norveçdə və digər ölkələrdə ötən əsrin sonunda erkən və məktəbəqədər yaşda olan uşaqlarda bronxoobstruksiya fenotipinin tədqiqi üzrə aparılmış çoxsaylı tədqiqat işlərinin müəllifləri onların heterogenliyi göstərmişdir. Hal-hazırda uşaqlarda bronxoobstruksiya fenotiplərini daha dəqiq tədqiq etmək və səciyyələndirmək üçün astma fenotiplərinin öyrənilməsi üzrə beynəlxalq əməkdaşlıq WASP işlənib hazırlanmışdır. Araşdırma 2016-cı ildə başlanmış və beş mərkəzdə aparılır: Böyük Britaniyada, Yeni Zelandiyada, Braziliyada, Ekvadorda və Uqandada. Bu araşdırmaların məqsədi demoqrafik, etiopatogenetik, klinik, yaş fenotip xüsusiyyətlərinin aşkar olunması və stabil fenotiplərin identifikasiya edilməsidir.