Xülasə-Süni intellekt (Sİ) texnologiyaları və metodlarına əsaslanan sistemlər insan intellektinin müxtəlif funksiyalarını reallaşdırmağa imkan verir, geniş sferada mürəkkəb praktiki məsələlərin həllində tətbiq dairəsini günbəgün artırır. Məqalədə süni intellekt sistemlərinin (SİS) yaradılması problemləri, bilik mühəndisliyinin, intellektual mühəndisliyin əhatə etdiyi məsələlər göstərilir. Sİ metod və alqoritmlərinin proqram təminatında tətbiqi vəziyyəti və inkişaf tendensiyaları şərh edilir.Açar sözlər-proqram mühəndisliyi, süni intellekt sistemləri, proqram təminatı, ekspert sistemlər, neyron şəbəkələr, maşın tərcüməsi, CASE texnologiyaları
I. GĠRĠġHazırda SĠS proqram təminatı məhsullarının ən mühüm və əhəmiyyətli bir sahəsini təĢkil edir. Onların, ilk növbədə ekspert sistemlər (ES) və neyron Ģəbəkələrin (Nġ) yaradılması zəruriliyi, praktiki əhəmiyyətli çətin formalizə olunan mürəkkəb məsələlərin kompüterdə həllinə imkan yaratması ilə təyin olunur. Bu məsələlərin həllində ciddi iqtisadi səmərəliliyin əldə olunması SĠS-in günbəgün artmasını Ģərtləndirir. Bu sistemlər təsvirlərin identifikasiyası, mətnlərin anlanması, nitqin tanınması, tibbi diaqnostika və s. sahələrdə kütləvi tətbiqini tapmıĢdır 1, 2. SĠ texnologiyalarına informasiyanın elə emal üsulları aiddir ki, onların sadə alqoritmlər vasitəsilə həlli mümkün deyil. SĠ texnologiyalarının və metodlarının geniĢ tətbiqi, SĠ sistemlərinin yaradılması müvafiq məsələnin proqram təminatının iĢlənməsi, istismarı, müĢayiəti və istifadəyə verilməsi üçün tətbiq edilən sistemləĢdirilmiĢ, nizamlanmıĢ metodların iĢlənilməsini tələb edir. Digər tərəfdən SĠ metod və alqoritmlərinin çətin formalizə olunan, mürəkkəb məsələlərin həllində yaratdığı imkanlar onların proqram mühəndisliyi (PM) sahəsində də istifadəsinə zəmin yaratmıĢdır. Baxılan məqalədə SĠS-in PM problemləri ilə yanaĢı, PM-də SĠ problemləri analiz olunmuĢdur.
II. BĠLĠK MÜHƏNDĠSLĠYĠNĠN PROBLEMLƏRĠSĠ-nin əsas istiqamətlərindən olan bilklərə əsaslanan sistemlər çətin formalizə olunan məsələlərin həllində, giriĢ verilənlərinin və biliyin qeyri-müəyyənliyi və dinamikliyi ilə xarakterizə olunan konkret situasiyalarda qərarların qəbul olunmasını reallaĢdıran sistemlərdir. PM-in bu sahədə problemləri biliyin əldə olunması, onun təsvir modellərinin iĢlənilməsi, strukturlaĢdırılması, bilik bazasının yaradılması ilə təyin edilir və bilik mühəndisliyi (ing. Knowledge Engineering) adlanır. Bu prosesi təĢkil edən mütəxəssislər bilik mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsi haqqında faktiki biliklərə yiyələnir, məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları bilik mənbəyindən (ekspertdən) əldə edir və BƏS yaradırlar 3, 4. Əldə olunmuĢ biliklər əsasında bilik bazasının formalaĢdırılması üçün biliklərin təsvir modelləri: produksion model; semantik Ģəbəkə modeli; freym model; formal məntiq modeli; relyasiya modeli istifadə olunur [6,7].Son dövrlərdə nəhəng proqram sistemlərinin iĢlənilməsi proseslərinin təĢkili ilə məĢğul olan kompaniyalar SĠ-yə xüsusi maraq göstərirlər. SĠ metodları ...