Uşaq geyimlərinin layihələşdirilmə prosesinin uşağın böyümə və inkişafının müxtəlif dövrlərində morfologiya, fiziologiya və psixologiya xüsusiyyətlərinə görə istehlakçıların ona olan tələbatının artması ilə əlaqədar olan, özünəməxsus xüsusiyyətləri vardır. Müəyyən edilmişdir ki, məktəbyaşlı uşaqlar vaxtlarının əsas hissəsini (70%-dən çoxunu) məktəbdə keçirirlər və buna görə də məktəbdə geyinilən geyimlər ən çox tələb olunan və rəngarəng hesab olunur. Məktəb üçün geyim layihələşdirərkən bu nəzərə alınmalıdır.
Məqalədə rasional qarderobun proqnozlaşdırılması ilə bağlı bir sıra tədqiqat və inkişaf işləri aparılmış, sənaye kolleksiyasının çeşid quruluşunun layihələşdirilməsi prosesi üçün əsas şərtlər araşdırılıb marketinq əsasında ilkin məlumatların toplanmasının tərkibi və metodları müəyyən edilmişdir. Bu prosesin ümumi CAD geyimində həyata keçirilməsi üçün alt sistemlər və proqramlar hazırlanmışdır.
Açar sözlər: uşaq geyimlərinin layihələşdirilməsi, çeşidin genişlənməsi, qarderob, məktəb forması.