Fenolun KУ-23 katalizatoru iştirakında aşağı oktanlı benzinlərin pirolizi prosesində alınan divinilsizləşdirilmiş C 4-fraksiyasının dimerləşmə məhsulları ilə alkilləşmə reaksiyası tədqiq olunmuşdur. Alkilləşmə reaksiyası fasiləli qurğuda həyata keçirilmişdir. Reaksiya nəticəsində məqsədli məhsulun çıxımına və seçiciliyinə temperaturun, vaxtın, ilkin komponentlərin mol nisbətlərinin və katalizatorun miqdarının təsiri araşdırılmışdır.Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, fenolun piroliz prosesinin C 4-fraksiyasının dimerləşmə məhsulları ilə KУ-23 katalizatoru iştirakında alkilləşmə reaksiyasının aşağıda göstərilən şəraitində: temperatur 120°C, fenolun fraksiyaya 1:2 mol nisbətində, vaxtın 5 saat, katalizatorun miqdarının 10% qiymətində məqsədli məhsulun çıxımı götürülən fenola görə 80.4%, seçicilik isə məqsədli məhsula görə 95.7% olur.