Məlumdur ki, neft yatağının mədəni dinamik obyekt hesab olunur və onun parametrləri zamandan asılı dəyişir. Bu zaman neft və qaz yığan kollektorlar əhəmiyyətli dəyişikliklərə məruz qalır. İşlək quyuların fondu artdıqca, şəbəkənin buraxma qabiliyyətini artırmaq lazım gəlir.
Mədənlərdə, bir qayda olaraq, bu artım paralel boru kəmərlərinin çəkilməsi ilə əldə edilir.
Məlumdur ki, çoxxətli boru kəməri sistemlərinin hidravlik hesablanması xeyli çətinliklər yaradır və şəbəkənin hesablama sxemini tərtib edərkən kəmərin diametrindən, giriş və çıxışların sayından asılı olaraq müxtəlif kombinasiyalara rast gəlmək olar.
İşdə diametri 150 və 200 mm, uzunluğu 600 m olan paralel boru kəmərlərinin hidravlik hesablanması əsasında Ps = 0,56 MPa son təzyiqdə paralel kəmərlərin qrup hidravlik (sərf) xarakteristikası qurulmuşdur.
Hesablama nəticələri göstərdi ki, başlanğıcda hər iki kəmər üçün təzyiq eynidir. Çoxfazalı axının D-150 və 200 mm qolları arasında paylanması müvafiq olaraq 30 və 65 m3/saat təşkil edir. Şəbəkənin hesablanmış hissəsinin son nöqtəsində məlum təzyiqə əsasən başlanğıcda olan təzyiq müəyyən edilmişdir.
Açar sözlər: neft yığım şəbəkəsi, çoxfazalı, hidravlik hesablama, qarışığın sərfi, paralel boru kəmərləri, təzyiq.