Məqalədə quyudibi zonasına təsir üsulları və səmərəliliyin qiymətləndirilməsi ilə əlaqəli məsələlərə baxılır. Böyük həcmdə mədən məlumatlarının təhlili göstərmişdir ki, işlənməsinin son mərhələsində olan neft yataqları üçün səmərəli işlənmələrin əsas növləri bunlardır: həlledicilərin vurulması, turşu tərkibli mikroemulsiyaların və turşularla işlənmələr və köpük sistemlərinin tətbiqi. Məqalədə, geoloji və texniki tədbirlərin səmərəliliyinə ən çox təsir edən amilləri müəyyən etmək üçün üsul təklif olunur. Bu yanaşma, bir tərəfdən, təsir üçün quyuları düzgün seçməyə, digər tərəfdən, onların sonrakı istifadəsi imkanlarını müəyyən etmək üçün həyata keçirilən tədbirlərin səmərəliliyini qiymətləndirməyə imkan verir.
Açar sözlər: yataq, hasilat, quyudibi zonası, həlledicilər, köpük sistemləri.