Məqalədə alüminium əsaslı katalitik kompleksi xrom duzu ilə in situ rejimdəmodifikasiya edilərək oliqomerləşmə proseslərində ilkin katalitik kompleks və digər alüminium tərkibli katalizatorlarla müqayisədə yüksək aktivlik göstərən bimetallik katalitik kompleksin sintezi məsələsinə toxunulmuş, bimetallik katalitik kompleksin iştirakı ilə heksen-1-in oliqomerləşməsi prosesinin qanunauyğunluqları tədqiq olunmuşdur. Prosesə müxtəlif parametrlərin təsiri araşdırılmış, proses üçün optimal şərait təyin olunmuşdur. Oliqomerləşmə məhsullarıının tərkibi, bəzi fiziki xassələri fiziki-kimyəvi analiz metodları ilə tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, təyin olunmuş optimal şəraitdə xrom duzu ilə modifikasiya olunmuş katalitik kompleksin iştirakı ilə heksen-1-in oliqomerləşməsi zamanı yüksək çıxım və fizikimexaniki göstəricilərə malik polialfaolefin yağları almaq mümkündür. Açar sözlər:modifikasiya, oliqomerləşmə, katalitik kompleks,heksen-1, polialfaolefin yağları The effect of various parameters on the process hexen-1 oligomerixation was examined and optimal process conditions revealed. Composition of oligomerization products and some physical properties were analyzed through mehods of physical and chemical analysis. It found that under optimal conditions in the presence of the catalyst, it is possible to obtain polyalphaolefin oils with high output and physical and mechanical properties.