Laboratoriya fəaliyyətində ən əsas prioritet məsələ pasiyent təhlükəsizliyi üçün keyfiyyət idarəetmə sisteminin təkmilləşdirilməsidir. Səhiyyənin keyfiyyəti mövcud bilik və texniki inkişaf səviyyəsi ilə bağlı göstərilən səhiyyə xidmətinin mükəmməllik həddi ilə sıx bağlıdır. Akkreditasiya laboratoriyanın səriştəsini nümayiş etdirməyin effektiv üsuludur. Laboratoriyaları ölkə və dünya miqyasında tanınması, keyfiyyətin saxlanılması və təkmilləşdirilməsinin stimullaşdırılması üçün ən ideal vasitədir. Beynəlxalq Kliniki Kimya və Tibbi Laboratoriya Federasiyası (IFCC) və Avropa Kliniki Kimya və Tibbi Laboratoriya Federasoyası (EFLM) ISO standartlarına əsaslanan laboratoriyaların akkreditasiyasına diqqət yetirmək və Avropa Akkreditasiya və milli akkreditasiya orqanları ilə əməkdaşlıq daxildir.
Məqalənin yazılmasında məqsəd tibbi laboratoriyaların akkreditasiyasının əhəmiyyətini aktuallaşdırmaq və daha çox tibbi laboratoriyaların akkreditasiyaya cəlb edilməsini təmin etməkdir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən akkreditasiyadan keçmiş tibbi laboratoriyalar azlıq təşkil edir. Odur ki, laboratoriyaların beynəlxalq standartların tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi onların işinin yaxşılaşdırılması, xidmət sahələrində keyfiyyətin maksimum dərəcədə artırılmasına birbaşa təsir edəcəkdir.
Tibbi laboratoriya xidmətləri bütün xəstələrin və bu xəstələrin qayğısına qalmaq üçün məsul olan bütün klinik personalın ehtiyac və gözləntilərinə cavab verir. Tibbi laboratoriya tədqiqatlarında təhlükəsizliklə bağlı və təhlillərlə yanaşı, istəklərin formalaşdırılması, xəstənin hazırlanması və açıqlanması, klinik nümunələrin toplanması, daşınması, saxlanması, emalı və təhlili, habelə validasiya, şərh, hesabat, və tövsiyələri özündə cəmləşdirir.
Milli qaydalarla icazə verilməsi tələb olunsa da, tibbi laboratoriya xidmətləri çərçivəsində konsultasiya hallarında xəstələrin müalicəsi, diaqnoz və xəstənin idarə edilməsi ilə yanaşı xəstəliyin qarşısının alınmasında effektiv iştirakı da tələb olunur. Hər bir laboratoriya həm də onunla işləyən peşəkar komandaya lazımi təlim və elmi imkanlar verilməlidir. Dünyada standart halına gələn yanaşmaların yaradılması və sənədləşdirilməsi, bu yanaşmaların bir-biri ilə ahəngdar şəkildə həyata keçirilməsi, fasiləsiz məlumat ötürülməsinin, izlənilməsinin təmin edilməsi və müqayisələrin aparılması üçün tibbi, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya işləri əhəmiyyət kəsb etmişdir.
Aparılan araşdırmalarla gəlinən nəticə tibbi laboratoriyaların önümüzdəki illərdə yaranan tələblər və rəqabət mühitində ISO 15189 standartının tətbiqinə daha çox cəlb olunmasıdır. Tibbi laboratoriyalarda bu standartın tətbiqi insan həyatı ilə birbaşa bağlı olan bu sahənin əhəmiyyəti ilə bağlıdır.
Açar sözlər: tibbi laboratoriya, akkreditasiya, ISO 15189, IFCC, EFLM