ZƏRÖVŞƏN BABAYEVA BİOLOGİYANIN TƏDRİSİNDƏ YENİ TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ (MONOQRAFİYA) "ZƏNGƏZURDA" çap evi Bakı -2023 Elmi redaktor: Məcnun Babayev biologiya üzrə elmlər doktoru, professor Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq Noosfer Akademiyasının həqiqi üzvü Rəyçilər: Əbülfət Pələngov pedaqogika üzrə elmlər doktoru, professor (riyaziyyatın tədrisi metodikası üzrə) Rauf Sultanov biologiya elmləri doktoru, professor Zərövşən Yaşar qızı Babayeva. Biologiyanın tədrisində yeni təlim texnologiyalarından istifadə. Monoqrafiya, Bakı, "ZƏNGƏZURDA" çap evi, 2023, 256 səh.Monoqrafiya Biologiyanın tədrisində istifadəsi vaxtilə aktuallıq qazanmış, hazırda isə zərurətə çevrilmiş YTT, İKT, yeni pedaqoji texnologiyalar, müasir təlimlər, metod və üsullara həsr olunmuş ilk əsaslı elmi-tədqiqat işidir. Əsərdə mövzu ilə bağlı elmi-metodik ədəbiyyat təhlil edilmiş, Yeni təlim texnologiyaları və onların mahiyyəti, tədrisdə tətbiqi imkanları, Ali və orta məktəblərdə təhsilin informasiyalaşdırılmasının səviyyəsi araşdırılmış, YTT-nin biologiyanın tədrisinə gətirdiyi üstünlüklər və qarşıda duran vəzifələr dəqiqləşdirilmiş, maddi-texniki bazanın pedaqoji prosesdə rolu, Multimedialı təqdimatlarda cədvəl və sxemlərdən istifadənin mənimsəməyə təsiri, formatı müəyyənləşdirilmişdir.Monoqrafiya müvafiq ali məktəblərin müəllim və tələbələri (bakalavr, magistrant), orta məktəb müəllimləri, gənc tədqiqatçılar, pedaqoji sahədə çalışan rəhbər işçilər, həmçinin digər mütəxəssislər üçün nəzərdə tutulmuş, dəyərli mənbə, dərs vəsaitidir.