В статье представлены результаты исследования, проведенного с целью определения эффективности лекарственных препаратов у плодов, подвергшихся воздействию антагонистов кальция в утробе матери. В исследование были включены 282 крысят, рожденных от самок, получавших антагонистов кальция за 21 день до оплодотворения, в течение всей беременности и в период грудного вскармливания. Полученные данные показывают, что период прорезывания резцов у крысят, рожденных от самок, получавших антагонисты кальция во время беременности, задерживается по сравнению с контрольной группой. Также верапамил и дилтиазем в дозе 5 мг/кг задерживали открытие глаз и слухового прохода у крысят. Другие параметры физического развития были аналогичны показателям крыс контрольной группы, статистически значимых различий не обнаружено. У крыс группы нифедипина существенных изменений в период физического развития не обнаружено. Установлено, что применение антагонистов кальция во время беременности и лактации вызывает снижение скорости роста массы тела и задержку физического развития у новорожденных поколений. Наименее значимые изменения наблюдались на фоне нифедипина.
Məqalədə ana bətnində kalsium antaqonistlərinin təsirinə məruz qalmış döllərdə dərmanların effektivliyini müəyyən etmək üçün aparılan tədqiqatın nəticələri təqdim edilib. Tədqiqata mayalanmadan 21 gün əvvəl, bütün hamiləlik dövründə və ana südü ilə bəslənmə dövründə KA qəbul edən dişi siçovulllardan doğulmuş 282 siçovul balası cəlb edilmişdir. Əldə edilən məlumatlar göstərir ki, hamiləlik dövründə KA qəbul edən dişilərdən doğulan siçovul balalarında kəsici dişlərin çıxma müddəti kontrol qrupu ilə müqayisədə gecikir. Həmçinin siçovul balalarında 5 mq/kq dozada verapamillə, 5 mq/kq dozada isə diltiazem fonunda gözlərin gec açıldığı müşahidə edilir, qulaq seyvanının açılması ləngiyir. Fiziki inkişafın digər parametrləri kontrol qrupun siçovul balaları ilə analogiya təşkil etmiş və statistik cəhətdən əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Fiziki inkişaf dövründə nifedipin qrupundan olan siçovul balalarında əhəmiyyətli dəyişikliklər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, hamiləlik və laktasiya dövründə istifadə edilən KA yeni doğulan nəsildə bədən kütləsinin artım sürətinin azalmasına və fiziki inkişafda geriləmələrə səbəb olur. Ən az əhəmiyyətli dəyişikliklər nifedipinin fonunda müşahidə edilmişdir.
The article presents the results of a study conducted to determine the effectiveness of drugs in fetuses exposed to calcium antagonists (CA) in the womb. 282 rat pups born from dams receiving CA 21 days before fertilization, throughout pregnancy and during breastfeeding were included in the study. The obtained data show that the period of eruption of incisors in rat pups born from females receiving CA during pregnancy is delayed compared to the control group. Also, in rat pups, verapamil at a dose of 5 mg/kg, and diltiazem at a dose of 5 mg/kg delayed the opening of the eyes and delayed the opening of the ear canal. Other parameters of physical development were similar to those of control group rats and no statistically significant differences were found. No significant changes were found in the nifedipine group rats during the period of physical development. It has been established that CA used during pregnancy and lactation causes a decrease in the body weight growth rate and delays in physical development in the newborn generation. The least significant changes were observed against the background of nifedipine.