Biosid hidrogellər biokimya, biotibb və genetika sahələrində geniş istifadə olunan biomaterialların çox universal kateqoriyasıdır. Polimer hidrofil hidrogel strukturları dərman molekullarını effektiv şəkildə saxlamağa qadirdir ki, bu da onları potensial dərman daşıyıcı sistemi kimi nəzərdən keçirməyə imkan verir. Təbiətcə biouyğunluğu və bioloji parçalanma qabiliyyəti ilə xarakterizə olunan polisaxaridlər bu hibrid hidrogellərin inkişafı üçün ideal bünövrə yaradır. Bu icmalda məqsəd təbii mənşəli polisaxaridlərdən, xüsusən də xitozandan dərman preparatlarının daşınması sistemlərinin öyrənilməsinə aid tədqiqatların müzakirə edilməsidir. Xitozan xüsusi bioloji aktivlik göstərməklə yanaşı unikal xassələrə malik olan biopolimerdir, lakin suda zəif həll olması səbəbindən onun perspektivli istifadəsi məhduddur. İcmalda bu çatışmazlığı aradan qaldırmaq üçün xitozanın modifikasiya olunması üsulları,eləcə də tətbiq dairəsinin genişləndirməsi sadalanır. Həmçinin dərmanların xitozan tərkibli matrislərdən nəzarətli ayrılmasının qiymətləndirilməsi də verilmişdir.
Açar sözlər: xitozan, arabinoqalaktan, hidrogel,in vivo, in vitro, kimyəvi qarşılıqlı təsir