Neft və qazın bir ölkə və ya xalqın ən önəmli varlıqlarından biri hesab edilən bu dövrdə onun ölkələr, hətta qitələrarası nəqli hal hazırda ən önəmli məsələlərdən biri hesab edilir. Neft və neft məhsullarının qitələrarası nəqli üçün təbii ki, onun dəniz və ya sualtı çəkilişinin də planlanması vacibdir. Sualtı boru kəmərlərinin planlanması dedikdə, onun çəkiləcəyi marşurutun ətraf mühit və geoloji mühəndis hesablamaları nəzərə alaraq seçilməsidir. Bundan başqa ona təsir edən yüklərin təyin edilməsi və təhlükəsiz əməliyyatının təmin olunması üçün tədbirlərin görülməsi olduqca önəmlidir. Bu tədbirlərə əsasən, ümumi əməliyyat rejiminə nəzarət və korroziyadan mühafizə tədbirinin seçilməsi aiddir. Sualtı boru kəmərlərinin çəkilməsi zamanı onun quraşdırılması, yəni şəkilməsi metodunun da uyğun olaraq seçilməsi önəmlidir.
Açar sözlər: sualtı boru kəmərləri, boru kəmərinə olan təsirlər , dənizaltı magistral kəmərlər, boru kəmərlərinin layihələndirilməsi.