Xülasə-E-səsvermə e-demokratiyanın ən mühüm komponentlərindən biri hesab edilir. E-səsvermə sistemlərinin tətbiqində və inkişaf etdirilməsində təhlükəsizlik məsələləri həlledici rola malikdir. Məqalədə e-səsvermə sisteminə dair yanaşmalar və sistemin təhlükəsizliyinə olan təhdidlər araşdırılır. Çoxmeyarlı qərar qəbul etmə modeli əsasında e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin empirik qiymətləndirilməsi məsələsinə baxılır.Açar sözlər -e-səsvermə; İnternet səsvermə; e-demokratiya; təhlükəsizlik, təhlükəsizlik təhdidləri.
I. GİRİŞElektron səsvermə (e-səsvermə) sistemi səsvermənin gizliliyi, fərdi məlumatların qorunması və şəffaflığın təmin olunması baxımından e-demokratiyanın ən mühüm tətbiqlərindən biridir [1,2]. E-səsvermə edemokratiyanın ən vacib komponentlərindən biri olmaqla özündə seçkilərdə iştirak mexanizmləri, təhlükəsizliyin və leqitimliyin təmin olunması, e-səsvermə üçün texnoloji həllər və onların e-səsvermədə səmərəli tətbiqi kimi maraqlı tədqiqat mövzularını əhatə edir. Kompleks yanaşmada e-səsvermə eseçkilərin ən əhəmiyyətli tərkib hissəsi hesab olunur.Elmi mənbələrdə İKT-nin tətbiqi ilə səsvermə formalarına dair müxtəlif yanaşmalar vardır və istifadə olunan terminlərin unifikasiyasına ehtiyac duyulur. Əsasən onlayn olaraq keçirilən səsverməni ifadə etmək üçün 2 termindən, esəsvermə və İnternet səsvermə terminlərindən istifadə olunur [2][3][4]. E-səsvermə termini daha geniş mənada istifadə olunsa da, İnternet səsvermə onun formalarından yalnız biri kimi göstərilir.İnformasiya texnologiyalarının sürətli inkişafı və kriptoqrafiya üsüllarının təkmilləşdirilməsi hesabına esəsvermə artıq hökümətlər tərəfindən tətbiq olunmağa başlamışdır. Bununla belə, demokratik prinsiplər nəzərə alınaraq e-səsvermənin keçirilmə prosedurları və onun təhlükəsizliyənə dair məsələlər hələ də müzakirə olunmaqdadır. Siyasi arenada səsvermə prosesində şəffaflığın təmin olunması, səslərin demokratik prinsiplərə uyğun hesablanması, namizədlərin və seçicilərin konstitusyon hüquqlarının qorunması ən mühüm məsələlər kimi ön plana çıxır. E-səsvermə sisteminin tətbiqi ölkələrdə mövcud siyasi proseslərə təsir gücünə malikdir və kritik təhlükəsizlik sistemlərinə aid edilir [5]. Bu baxımdan, vətəndaşların demokratik proseslərdə yaxından iştirakının və şəffaflığın təmin olunması üçün e-səsvermənin təhlükəsizliyinə olan təhdidlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi aktual məsələlərdən biri hesab olunur. Tədqiqat işində e-səsvermə sistemindəki boşluqlar araşdırılır və sistemin təhlükəsizliyinə olan təhdidlərin qiymətləndirilməsi məsələsinə baxılır.II. E-DEMOKRATİYA ÜÇÜN E-SƏSVERMƏ E-dövlətin inkişafının son mərhələsi hesab olunan edemokratiyanın formalaşdırılmasının əsası kimi e-səsvermə, ictimai forumlar, açıq dövlət, ictimai rəyin analizi və əks əlaqə mexanizmlərinin işlənilməsi göstərilir [6]. E-demokratiya, xüsusən də e-səsvermə təcrübədə və ədəbiyyatda geniş müzakirələrə səbəb olmuşdur [4][5][6][7]. Əsas müzakirə mövzuları kimi e-səsvermənin təhlükəsizlik problemləri və sosial-siyasi proseslərə təsiri ön plana ...