Müasir zamanda aqrar sahənin inkişaf etdirilməsinin əsas istiqaməti aqrar sahədə innovasiyaların işlənib hazırlanması və tədbiq edilməsidir. Aqrar sahədə fəaliyyət göstərən müəssisələrdə maliyyə vəsaitlərinin az olması innovasiya yönümlü investisiyaların maliyyələşdirilməsi problemini aktuallaşdırmışdır. Bu sahədə yeni maliyyə resurslarının araşdırılıb tədbiq edilməsi zərurətə çevrilmişdir. Məqalədə innovasiya yönümlü investisiyaların maliyləşdirmə mənbələri tədqiq edilmiş və onların Azərbaycanın aqrar sahəsində tədbiqi imkanları araşdırılmışdır. Azərbaycanda innovasiya proseslərinin ləngiməsinin səbəbləri göstərilmişdir. Yaranmış şəraitdə aqrar sahədə buraxılan məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi yeni məhsul növlərinin işlənib hazırlanmasını, yüksək keyfiyyət və qiymət üstünlüklərini təmin edə bilən innovasiya fəaliyyətindən asılı olduğu qeyd edilmişdir. Innovasiyaların tədbiqi üçün aqrar istehsalçıların məqalədə göstərilən maliyyə rsurslarına çıxış imkanlarını genişləndirmək, iqtisadi, təşkilatı və sosial xarakterli dövlət tənzimləməsi və dəstəyi mexanizmlərini təkmilləşdirmək lazım olduğu vurğulanmışdır. Açar sözlər: innovasiya, investisiya, maliyyələşdirmə, aqrar sahə, maliyyə mənbələri, vençur kapitalı, kredit
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.