Abstract-Social network analysis is a widely usedtechnique to analyze relationships among wiki-users in Wikipedia. In this paper the method to identify hidden social networks participating in information conflicts in wiki-environment is proposed. In particular, we describe how text clustering techniques can be used for extraction of hidden social networks of wiki-users caused information conflict. By clustering unstructured text articles caused information conflict we create social network of wiki-users. For clustering of the conflict articles a hybrid weighted fuzzy-c-means method is proposed.
Cəmiyyətin səmərəli idarə olunması və təhlükəsizliyi bu cəmiyyətdəki sosial proseslərdən çox asılıdır. Hər bir dövlətin cəmiyyətdə baş verən sosial prosesləri analiz etmək, proqnozlaşdırmaq, mövcud problemləri avtomatik aşkarlamağa qadir olan intellektual alqoritmlərlə təchiz olunmuş informasiya sisteminə ehtiyacı vardır. Məqalədə sosial informatikanın mahiyyəti açıqlanmış, bu sahədə tədqiqatların istiqamətləri haqqında məlumat verilmişdir. Sosial proseslər təsnifatlandırılmış və sosial proseslərin intellektual analizi sisteminin konseptual modeli təklif olunmuşdur.Açar sözlər: sosial proseslər, sosial informatika, demoqrafiya, sosial-iqtisadi proseslər, sosial münasibətlər, sosial qruplar, konseptual model. GirişMüasir dövrdə elmi nəşriyyatlarda və sosial mediada "sosiologiya", "sosial münasibətlər", "sosial status", "sosial-iqtisadi proseslər, "sosial kapital" kimi ifadələrə tez-tez rast gəlmək olur. Müxtəlif dövlət orqanları, siyasi partiyalar, maliyyə, bank və sığorta şirkətləri, elmi-tədqiqat mərkəzləri tərəfindən əhalinin sosial problemləri araşdırılır, sosial münasibətlər öyrənilir, demoqrafik proseslərin idarə olunması və proqnozlaşdırılması üçün yeni-yeni metod və alqoritmlər, informasiya sistemləri təklif olunur. Bu gün informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı digər elmlər kimi sosiologiyaya da öz təsirini göstərməkdədir. İKT-nin inkişafı vətəndaşların davranışına və gündəlik həyat tərzinə təsir göstərməklə yanaşı, sosial proseslərə dövlət nəzarətini gücləndirdi. Digər tərəfdən, vətəndaşlar da "onları eşitmək" imkanı qazandı və bununla yanaşı dövlət orqanları və bir çox hallarda dövlət məmurlarının fəaliyyəti haqqında məlumat əldə etmək mümkün oldu. Vətəndaşların şəxsi maraqlarını əks etdirən, olduqca effektiv ola biləcək ictimai və siyasi proseslərin idarə olunması imkanı genişlənməkdədir. İKT vasitəsilə fərdi şəkildə səslənən təşəbbüslər tədricən qlobal vətəndaş cəmiyyətinin strategiyalarına inteqrasiya olunmaqdadır. Başqa sözlə, dövlətin idarə olunması prosesi və dövlət-vətəndaş münasibətləri İKT vasitəsilə şəffaflaşmaqdadır.Bu gün sosiologiya sahəsində aparılan elmi tədqiqatlarda İnternetin imkanlarından istifadə etməmək mümkün deyil. Sosial prosesləri daha yaxşı anlamaq və proqnozlaşdırmaq üçün İnternetdən bir məlumat mənbəyi kimi istifadə edilməsi sosioloqların qarşısında duran ən vacib vəzifələrdən biridir. İnternet virtual şəbəkəsi hər gün genişlənməkdə və təkmilləşməkdə olan geniş imkanlara malik, sosial münasibətlərə ciddi təsir göstərən obyektdir. İnternet xidmətləri (e-poçt, IP telefoniya və s.), sosial media vasitələri (müxtəlif sosial şəbəkələr, bloqlar, viki-layihələr və s.) insanların sosial həyatlarında yalnız adi ünsiyyət vasitəsi kimi deyil, bilik mənbəyi, sosial münasibətlərin katalizatoru və nəhayət, informasiya müharibəsi vasitələri kimi istifadə olunmaqdadır. İnsanların sosial həyatlarının İKT-dən asılılığı, bununla əlaqədar yaranan problemlər və sosial dəyişikliklər alimləri düşündürməkdədir [1,2]. Bu tədqiqatların ümumi mövzusu insanlar və texnologiyalar arası...
In modern times, it is impossible to imagine people’s lives without information technologies. The Internet, mobile phones, remotely controlled devices designed to perform various operations have become ordinary for people. Concepts such as smart city, smart home, cyber-physical systems and cloud technologies become an integral part of the information society. The concept of a smart home can be seen as an environment equipped with sensors, cloud computing and user directives. A smart home works on the principle of collecting all information about the house and its inhabitants from the bottom up, that is, sensors monitor all the behavior of people in and around the house. The data collected in these sensors is collected and processed to identify and predict daily life activities of the people in the house. Evaluating and predicting human behavior in a smart home environment is both interesting and important in studying society, managing e-government and ensuring its security. The article studies the approaches related to the analysis of human behavior in the smart home environment, the influence of cyber-physical systems on the behavior analysis, and the role in the formation and functionality of smart homes. It defines existing problems related to the security of smart homes, and proposes a new model for analyzing human behavior based on the sensed data. The model reveals the main features of each citizen’s behavior and allows for a more in-depth study of the socio-political and economic processes taking place in the society.
PROBLEMS CREATED BY CYBER-CONFLICTS AND METHODS TO SOLVE THEMThe article analyses the problems related to conflicts over information in cyberspace and the purposes behind cyber-attacks. The classification of the tools of information conflicts in cyberspace is studied. The methods to choose the most effective information security tools during cyber conflicts are proposed.
Hesablama və şəbəkə texnologiyalarının təkmilləşdirilməsi nəticəsində sosial şəbəkələr genişlənir, mobil qurğular, izləmə və üz tanıma çihazları sürətlə gündəlik həyatımıza daxil olmaqla real vaxtda böyük verilənlər (Big Data) yaradır. Bu gün fiziki və virtual mühit bir-biri ilə sıx bağlıdır və interaktivdir. Belə bir vəziyyət kiber və fiziki sistemlərin birgə işini təmin edən xüsusi sistemlərkiber-fiziki sistemlərin (KFS) (ing. Cyber-Physical Systems, CPS) yaranmasına səbəb olmuşdur. KFS də daxil olmaqla, əşyaların İnterneti, böyük verilənlər, süni intellekt və bulud hesablamaları kimi konsepsiyalar 4-cü sənaye inqilabını (ing. Industry 4.0) yaratdı. Industry 4.0-də KFS-in xüsusi yeri vardır. Məqalədə KFS konsepsiyasının mahiyyəti, tendensiyaları və inkişaf mərhələləri araşdırılmış, KFS ilə əşyaların İnterneti, "ağıllı" şəhər və "süni cəmiyyət" arasında münasibətlər analiz olunmuşdur. KFS-in Industry 4.0-də rolu, perspektivlər və problemlər müəyyənləşdirilmişdir. E-dövlətin formalaşmasında və ölkənin sosial-iqtisadi inkişafında kiber-fiziki sosial sistemlərin (KFSS) (ing. Cyber-Physical Social Systems) səmərəli istifadəsi üçün təkliflər işlənmişdir.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.