Quyu kəsilişlərinin litoloji baxımdan qiymətləndirilməsində korrelyasiyasında habelə, kəsilişi təşkil edən kollektor layların kollektorluq xüsusiyyətlərinin doyumluluğunun, məsaməliyinin, keçiriciliyinin və gilliliyinin təyin olunmasında və neftli-qazlı və sulu layların ayrılması kimi vacib məsələlərin həllində mövcud tədqiqat komplekslərinin tətbiqi mühümm əhəmiyyət kəsb edir. Bu kimi vacib məsələlərin həllində yaranan mürəkkəblik kollektor layların petrofiziki xüsusiyyətlərindən bir başa asılıdır. Məsələn neftli və sulu layların xüsusi müqavimətlərinin qiymətcə yaxın olması yataq üzrə gilliliyin yüksək olması, məsaməliyin isə geniş hüdudda dəyişməsi ilə nəticələnir ki, bu da nəticə etibarilə neftli və sulu kollektorları biri-birindən ayırmaqda cətinlik yaradır. Digər tərfdən də məlumdur ki. kollektorlarda sementləyici gillərin miqdarının artması, məsaməliyin (Km) azalmasına, qalıq sudoyumluluğun isə artmasına səbəb olur Buna görə də, məqalədə karotay məlumatları kompleksindən istifadə edərək kollektorların petrofiziki kəmiyyətlərinin qiymətləri təyin edilərək onlar arasında korrelyasiya əlaqələrini müəyyən edən modellər və bu parametrlərin statistik paylanmasına görə reqresiya tənlikləri qurulmuşdur. Məqalədə həmçinin, məsaməliyin, kecriciliyin, gilliliyin və neft-qaz doyumluluğun quyu kəsilişləri üzrə paylanma modellər də qurulmuşdur. Qurulmuş modellər əsasında kollektor layların süzmə-tutum xüsusiyyətlərinin öyrənilməsi, habelə petrofiziki parametrlər arasında əlaqənin müəyyənləşdirilməsi ilə həm elmi, həm də praktiki cəhətdən yataq üzrə müəyyən rəy formalaşdırmağa və nəticələrin alınmasına əsas verir. Tədqiqat sahəsi kimi, Balaxanı yatağının quyu kəsilişləri üzrə MQ-nin QD (“QD-1, QD-2, QD-3, QD-4”) lay dəstəsi götürülmüşdür. Açar sözlər: neftdoyumluluq, korrelyasiya keçiricilik, effektiv məsaməlik, həcmi gillilik, reqresiya tənliyi.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.