Təqdim edilmiş məqalədə kəskin disseminəolunmuş ensefalomielit (KDEM) və ya postinfeksion ensefalomielit (infeksiyadan sonra inkişaf edən ensefalomielit) xəstəliyinə dair yeni ədəbiyyatların araşdırılması aparılmış, onun epidemiologiyası, etioloji səbəbləri, klinik gedişatı və diaqnostik meyarları, menecmenti araşdırılaraq sübuta yetirilmiş məlumatlar toplanmışdır. Əsasən KDEM genetik həssaslığı olan insanlarda ətraf mühitin təsiri (infeksion və qeyriinfeksion faktorlar) nəticəsində mərkəzi sinir sisteminin autoimmun pozuntusu olması fərz edilir. KDEMin diaqnostikasında MRT ən optimal neyrogörüntüləmə metodu olduğu göstərilmişdir. Mühüm məqamlardan biri, baş beyin MRTnin görüntüləməsində aşkar edilən xüsusiyyətlər də KDEMin dağınız sklerozdan diferensiasiya sına yardım edə biləcəyidir. Lakin yalnız MRT əsasında iki xəstəliyi tam fərqləndirmək mümkün olmadığı təsvir edilir. Bununla yanaşı, KDEM keçirmiş və asimptomatik olan xəstələrdə bir neçə il ərzində ildə bir dəfə beyinin qadoliniumla və kontrastsız MRT görüntüləməsinin aparılması patoloji ocaqların yaranmasının, habelə dağınıq sklerozun istisna edilməsi baxımından vacib olduğu üçün tövsiyə olunmuşdur. Onurğa beyin mayesinin götürülməsi (lumbar punksiya) KDEMdə aktuallığını itirməmişdir, lakin müxtəlif nəticələr göstərdiyi üçün sensitivliyinin yüksək olmadığı müəyyən edilmişdir. Dağınıq skleroz xəstəliyi ilə yanaşı infeksion menin qoensefalit, sarkoidoz, vaskulit, proqressiv multifokal leykoensefalopatiya (PML) və Bexçet sindromu ilə diferensial diaqnostikada əhəmiyyət kəsb edən meyarlar barədə məlumat təhlil edilmişdir. KDEMin müalicəsində immun supressiya önəmli olduğu üçün yük sək dozada qlükokortikoidlərin verilməsi farmakoloji terapiyanın əsasını təşkil edir. Müəyyən edilmişdir ki, 5 gün ərzində aparılan müalicə effekt vermədiyi halda İVİG (Venadaxili İmmunqlobulin) və plazmaferez tətbiq edilə bilər. Statistik məlumatlara əsasən, KDEMin proqnozu yaşdan, xəstəliyin klinik təzahürlərindən və gedişatından asılı olaraq müxtəlif olmuşdur.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2025 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.