Dövlət büdcəsi iqtisadiyyatın tənzimləyicisidir, dövlətə lazım olan maliyyə resurslarının həcmini əks etdirir, vəsaitlərdən istifadənin konkret sahələrini müəyyən edir, dövlətin maliyyə fəaliyyətinə istiqamət verir. Büdcə siyasətini işləyib hazırlamaqla və büdcə mexanizmindən istifadə etməklə sosial-iqtisadi proseslərə təsir göstərir. İqtisadi və sosial inkişafın əsas problemləri əhalinin gəlir strukturunun optimallaşdırılması, sosial sferanın islahatı, yoxsulluğun aradan qaldırılması, təsərrüfat kompleksinin qeyri-rasional strukturu və yerli müəssisələrin rəqabət qabiliyyətinin aşağı səviyyəsi, habelə büdcə və dövlət məqsədli fondları, sosial proqramların maliyyələşdirilməsi üzrə əhəmiyyətli yükdür. Bu baxımdan, milli büdcə siyasətinin məqsədi sosial-iqtisadi inkişafın yeni modelini formalaşdırmaqdır. Maliyyə nəzarəti tənzimləyici və hesabat məlumatlarının istifadəsinə əsaslanır. Azərbaycanda maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Vergilər Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Auditorlar Palatası dövlət orqanları tərəfindən həyata keçirilir. Məqalə dövlət büdcəsinin icrasında maliyyə nəzarətinin təşkilinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Bu hissədə dövlət büdcəsinin icrasında maliyyə nəzarətinin təşkilinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi barədə məlumat verilmiş, dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və əsas funksiyaları müəyyən edilmiş, maliyyə nəzarətini həyata keçirən orqanlar qeyd olunmuşdur. Açar sözlər: dövlət büdcəsi, maliyyə nəzarəti, hesablama palatası, auditor xidməti, vergi.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.