Xülasə-Məqalədə proqram təminatının qiymətləndirlməsi üçün soft kompütinq metodlarının tətbiqi haqqında məlumat verilmiş və bu metodlarının klassifikasiyası göstərilmişdir. Proqram təminatında olan səhvlərin müəyyən edilməsi və qərarın qəbul edilməsi üçün qeyri-səlis məntiq əsasında konseptual model verilmişdir.Açar sözlər-soft kompütinq, qeyri-səlis məntiq, xaos nəzəriyyəsi, neyrokompüting, genetik alqoritm
I. GİRİŞHal-hazırda xüsusi təyinatlı sistemlərin informasiya və telekommunikasiya resursları daha çox qərəzli hücumlara məruz qalır. Bu da ölkənin müdafiə qabiliyyəti və vətəndaşların təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Ona görə də proqram sistemlərinin təhlükəsizliyinin təmin edilməsi bu günün ən aktual və mürəkkəb problemlərindən biridir.Mürəkkəb informasiya sistemlərinin yaradılma və tətbiq edilmə təcrübəsi göstərdi ki, onların istismarı zamanı baş verən problemlər əksər hallarda proqram təminatında (PT) olan səhvlərlə əlaqədardır. PT-nin kodlaşma və sınaq mərhələsində proqram kodunda olan bütün səhvlər, zəif nöqtələr aşkar edilib düzəldilməlidir. Əks halda xakerlər proqramın icra kodunda olan səhvləri taparaq öz hücumlarını reallaşdırmaq üçün istifadə edə bilərlər. Müdafiə mexanizmlərinin pozulması zamanı yarana biləcək risklərin dəyəri çox yüksək ola bilər. Məhz bu səbəbdən də PT-nin etibarlılığı onun keyfiyyət xarakteristikalarından ən vacib olanı kimi qiymətləndirilir. PT-nin etibarlılığı proqram məhsulunun verilən şəraitdə və verilən vaxt müddətində müəyyən funksiyaları kifayət qədər böyük dəqiqliklə yerinə yetirə bilmək qabiliyyətidir [1].
II. PT-nin ETIBARLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİMürəkkəb proqram sistemlərində baş verən proseslərin dinamikası, mürəkkəbliyi və qərəzli təhdidlərin yeni tiplərinin meydana gəlməsi PT-nin etibarlılığının təmin edilməsi məsələlərini daha da mürəkkəbləşdirir. PT-nin etibarlılığını birbaşa qiymətləndirmək mümkün deyil və kritik proqramlarda etibarlılığa qoyulan tələblər çox yüksək olduğundan bu sahədə görülən işlərin həcmi bir neçə dəfə artır.PT-nin etibarlılığını təmin etmək üçün səhvlər haqqında xəbərdarlıq edən və onların qarşısını alan, eyni zamanda bu səhvlərin yaranması zamanı proqramın fəaliyyətini davam etdirməyə imkan verən effektiv metod və vasitələrin işlənilməsi və tətbiq edilməsi vacibdir.PT-nin etibarlılığının qiymətləndirilməsi üçün müxtəlif riyazi modellər mövcuddur [2]. PT-nin etibarlılıq modelləri işlənilmə və sınaq mərhələlərində proqram təminatında olan səhvlərin sayını dəqiq proqnozlaşdırmağa, proqram məhsulunun buraxılış tarixini müəyyən etməyə, resursları düzgün bölməyə və proqram təminatının müşayiət edilməsinə lazım olan xərcləri düzgün qiymətləndirməyə imkan verir.PT-nin etibarlılığının qiymətləndirilməsinin klassik etibarlılıq modellərində proqram kodunun struktur xüsusiyyətləri (proqram modullarının sayı, operatorların sayı, altsistemlərin və modullararası interfeyslərin sayı, mürəkkəbliyi və s.), və sınaqlar zamanın müəyyən edilən bəzi parametrlər (imtinaların zamandan asılılığı, imtinaların sayı, səhvlərin sayı, səhvlərin tapılma m...