Azərbaycan Respublikasının neft-qaz sənayesinin müvəffəqiyyətlə inkişafının əsas göstəricisi karbohidrogen hasilatının daima yüksəlməsidir. Son illər aparılmış geoloji - texniki tədbirlərin və istismar qazması nəticəsində yataqlar üzrə hasilatın sabitləşməsi və artırılması sahəsində nailiyyətlər əldə edilmişdir. Cənubi Xəzər çökəkliyinin qərb-şimal-qərb hissəsində formalaşan 8 Mart sahəsi Bakı arxipelaqı neftli-qazlı rayonunun böyük tektonik xətti, Kənizədağ-Səngəçal-dəniz-Duvannı-dəniz-Xarə-Zirə adası üzərində yerləşir. 8 Mart sahəsində və ona qonşu sahələrin hüdüdlarında geoloji quruluşda iştirak edən süxurların litoloji-stratiqrafik xüsusiyyətləri Dördüncü dovrdən Məhsuldar qatın alt şöbəsinədək öyrənilmişdir. Qeyd etmək lazımdır ki, VII horizontun dabanına görə qırışıq bir qədər başqa morfoloji xüsusiy¬yətə malikdir. Bu səthə görə onun uzunluğu 4 km, eni 2,8 km hündür¬lüyü isə 100 metrdən artıqdır. Qırışığın uzunu və eni 5450 metr qiymətli stratoizohib¬sə görə müəyyən edilib. Qırışığın müxtəlif hissələrində layların yatım bucaq¬ları¬nın qiyməti də fərqlənirlər. Belə ki, onlar şərq-cənub-şərq qanadda cəmi 10-120,əks tərəfdə 6-80 ,cənub-cənub-qərb periklinalında 3-40, əks tərəf¬də isə 5-70-yə qədərdir. 8 Mart strukturun hüdudlarında təbii neft-qaz çıxışlarına rast gəlinmir. Burada neft-qazlılıq Məhsuldar qatın alt şöbəsi ilə əlaqədardır.
Tədqiqat sahəsindən cənuba doğru palçıq vulkanına malik Duvannı adası yerləşmişdir. Bakı arxipelaqı neftli-qazlı rayonu qısa və mülayim qışı, uzun və isti yayı ilə fərqlənir. Havanın orta illik temperaturu 20o C, illik maksimal temperatur avqust ayında, minimal isə fevral ayında müşahidə olunur. Yer səthinə düşən çöküntülərin illik miqdarı 180 mm-dir. Öyrənilən rayonda fırtına yaratma gücünə malik şimal və şimal-şərq küləkləri üstünlük təşkil edir. İnzibati bölgüyə görə 8 Mart sahəsi Bakı şəhərinin Qaradağ rayonuna daxildir.
Gələcəkdə bu zonada Məhsuldan qat cöküntülərini tam açmaq üçün quyular ilk növbədə strukturun şimal-şərq hissəsində layların yatım istiqamətində dərinə doğru yerləşdirilməlidir.
Açar sözlər: qalxım, mədən məlumatları, morfoloji xüsusiyyətlər, neftli-qazlı rayon, geoloji quruluş, quyu məlumatları.