Katalitik olefinləşmə reaksiyası əsasında benzoy aldehidi və bəzi törəmələrinin fenilhidrazonlarından dixlordiazabutadien strukturlu birləşmələr sintez edilmişdir. Sintez olunmuş birləşmələrin monokristalları əldə edilmiş və onların molekulyar quruluşları RQA metoduna əsasən təsdiq edilmişdir.RQA tədqiqatları əsasında Cl...Cl qarşılıqlı təsirlərin mövcudluğu və bəzi parametrləri müəyyən edilmişdir. Benzoy aldehidinə elektronakseptor nitro qrupun və flüor atomunun, fenilhidrazinəisə elektrodonor metil qruplarınındaxil edilməsi qeyri-kovalent əlaqələrin parametrlərinə təsir etmiş və bu əlaqələrkristal qəfəsin dizaynında, kristal qəfəsin həcmində, qəfəsdəki molekulların sayında və eyni zamanda digər fiziki parametrlərdəözünü əsaslı surətdə biruzə vermişdir. Bununla yanaşı, birləşmələrin tərkibində azo qrupun, heminal dixlorəvəzli ikiqat rabitəni, halogen əvəzli benzol nüvələrinin olmasına görə sintez olunan birləşmələrin fizioloji aktivlik göstərəcəyini də qabaqcadan fikir söyləmək olar.