Xülasə-Verilənlərin həcminin sürətlə artması və emalı proqram təminatı sahəsindəki problemlərin dərinləşməsinə və yeni problemlərin meydana çıxmasına səbəb olmuşdur Məqalədə bu problemlər və onların bəzi həlli yolları nəzərdən keçirilmişdir.Açar sözlər-big data, proqram təminatı, proqram mühəndisliyi, onlayn diaqnostika, miqyaslanan arxitektura
I. GĠRĠġMüasir informasiya texnologiyalarının (ĠT) cəmiyyətin müxtəlif sferalarında yayılması, insanların Ġnternetə çıxıĢ imkanlarının geniĢlənməsi, eləcə də Ġnternet vasitəsilə göstərilən xidmətlərin sayının artması verilənlərin yeni mənbələrinin yaranmasına səbəb olur. Sosial Ģəbəkələr, sensor qurğuları, biznes tranzaksiyaları və ƏĢyaların Ġnterneti böyük həcmdə verilənlərin rəqəmsal dalğasını yaradır. Bu verilənlərin toplanması, emalı, inteqrasiyası, analizi və arxivləĢdirilməsi lazım gəlir [1,2]. Digər tərəfdən böyük verilənlər həcminə, intensivliyinə və mürəkkəbliyinə görə standart proqram platformalarının imkanlarını aĢır, verilənlərin ənənəvi üsullarla emalı zamanı problemlər yaradır. Verilənlərin saxlanmasının və idarə edilməsinin paralel və paylanmıĢ arxitekturası proqram təminatının Big Data (BD) paradiqmasına uyğunluğunu tələb edir. Həmçinin, verilənlərin ölçüsünün artması ilə yanaĢı, onların strukturunun da mürəkkəbləĢməsi yeni proqram təminatı sistemlərinin yaradılmasını və klassik problemlərin aradan qaldırılması üçün yeni proqram mühəndisliyi prinsip və üsullarının tətbiqini zəruri edir [3,4].Verilənlərin həcminin sürətlə artması, əlyetərliyi və müasir texnologiyalar BD ətrafında fəaliyyətin intensivləĢməsinə səbəb olur [5]. BD elmi kəĢflərin və iqtisadi dəyərin yeni səviyyəsini vəd edir, biznes münasibətlərini sürətləndirir və biznes fəaliyyəti üçün böyük imkanlar yaradır. BD-nin səmərəli emalı və istifadəsi isə miqyaslanan texnologiyaların və alətlərin sayəsində mümkün ola bilər. Bü səbəbdən BD-nin proqram mühəndisliyi sahəsindəki problemlərin və bu sahədəki mövcud vəziyyətin araĢdırılmasına ehtiyac vardır.
II. ĠKT SAHƏSĠNDƏ ƏSAS TENDENSĠYALAR VƏ ONUN PROQRAM MÜHƏNDISLĠYĠNƏ TƏSĠRĠĠKT sahəsində meydana çıxan müasir texnologiyalar proqram təminatı sistemlərinin təkmilləĢdirilməsinə və uyğun olaraq, yeni proqram mühəndisliyi metodlarının yaranmasına səbəb olmuĢdur. Son illər proqram mühəndisliyi sahəsindəki tədqiqatların uğurlu nəticələrinə baxmayaraq, ĠT-nin hesablama buludları (cloud computing), kiber-fiziki sistemlər və BD kimi yeni tendensiyaları bu sahədəki mövcud problemlərin dərinləĢməsinə və yeni problemlərin meydana çıxmasına səbəb olmuĢdur (Ģəkil 1) [1].Hesablama buludları cari və növbəti onilliyin xidmət və proqram təminatının bütün sahələrinə təsir edən innovativ texnologiyadır.Kiber-fiziki sistemlər innovasiya məhsul və xidmətlərinin inkiĢaf etdirilməsinin əsasını təĢkil edir.BD biznes, elm və idarəetmə fəaliyyətində səmərəli qərarların qəbulunda istifadə üçün intellektual üsullarla verilənlərdən dəyərli informasiyanın çıxarılmasıdır [1,2,4]. ġəkil 1. Ġnformasiya texnologiyaları tendesiyaları və proqram mühəndisliyi problemləri ġəkildən göründüy...