İşdə pasiyentlərin fərdi məlumatlarının yayılmasına imkan yaradan informasiya-kommunikasiya texnologiyalarının tibb sahələrinə tətbiqi araşdırılmışdır. Tibbi informasiya sistemlərinin və Internet mühitində tibbi sosial medianın yaratdığı problemlər şərh edilmişdir. Elektron mühitdə tibbin normativ-hüquqi bazasının formalaşdırılması, proqram-texniki bazasının təkmilləşdirilməsi, peşəkar kadrların hazırlanması və təhlükəsizliyin təmin olunması üçün yeni texnologiyaların işlənməsi tövsiyə olunmuşdur. Açar sözlər-tibbi informasiya sistemləri; tibbi sosial media; məxfi məlumatlar; fərdi məlumatların təhlükəsizliyi
Xülasə-İşdə proqram təminatının (PT) təhsil sistemində istifadəsinin zəruruliyi şərh edilmiş, bununla əlaqədar məlumatlar öz əksini tapmışdır. Mövcud avtomatlaşdırılmış təhsil sistemində məlumatlar bazasının yaradılmasında və biliyin obyektiv qiymətləndirilməsində -Elektron test sistemi‖ni həyata keçirən PT-nin əhəmiyyəti və üstün cəhətləri şərh edilmişdir.Açar sözlər-proqram mühəndisliyi, proqram təminatı, avtomatlaşmış təhsil, təhsil sisteminin modernləşdirilməsi I. GĠRĠġBəĢəriyyətin inkiĢafında böyük imkanlar yaradan, sürətlə inkiĢaf edən ĠKT-nin rolu əvəzedilməzdir. Ġstənilən dövlətin milli iqtisadiyyatının inkiĢafı üçün qabaqcıl texnologiyalardan istifadə edilməsi vacib amillərdən biridir. Müasir dövrdə informasiya cəmiyyətinin inkiĢafı informasiya kommunikasiya texnologiyalarına (ĠKT) olan tələbatı daha da artırmıĢ, proqramla idarə edilən sistemlər bütün sahələrə tətbiq edilməyə baĢlanılmıĢdır. Təhsil sisteminin effektivliyinin artırılmasında və keyfiyyətinin yüksəldilməsində ĠKT-nin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.ĠKT əsasında təhsil sahəsinin intensiv inkiĢafı qabaqcıl ölkələrin əsas milli prioritetlərindən sayılır. Yüksək inkiĢaf etmiĢ, qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ölkənin inkiĢafı naminə əsas maliyyə və maddi ehtiyatları təhsilə, yüksək informasiya mədəniyyətinə malik olan kadrların hazırlanmasına yönəltmək lazımdır. Kompüter istifadəçiləri hazırlamaqla kompüter savadsızlığını ləğv etmək, eləcə də bu sahələr üzrə peĢəkar mütəxəssislər hazırlamaq zamanın tələbədir.ĠKT məhsullarının dinamik Ģəkildə inkiĢaf etməsi, təkmilləĢməsi, yenilənməsi və eyni zamanda istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması PT-yə olan tələbatı daha da artırır və aktual edir.PT haqqında ilk nəzəriyyə 1936-cı ildə ingilis riyaziyyatçısı Alan Turing tərəfindən təklif olunmuĢdur. Proqram mühəndisliyi termini isə ilk dəfə 1968-ci ildə, NATO-nun PTdə yaranmıĢ böhranın həllinə diqqəti cəlb etmək məqsədilə keçirilmiĢ konfransında iĢlənilmiĢdir. Bu iki fərqli anlayıĢları bir-birilə eyniləĢdirmək olmaz. PT dedikdə proqramın yazılma, sazlanma, sınaq mərhələləri və s. nəzərdə tutulur [1]. Proqram muhəndisliyi isə tələb olunan məsələnin həlli üçün PT-nin iĢlənməsi, istismarı, müĢayiəti və istifadə olunması üçün sistemli, nizamlı metodlara malik olan, həmçinin bu yanaĢmaların tədqiqatına yönələn elm sahəsidir. Proqram mühəndisliyi elmin elə sahəsidir ki, mürəkkəb məsələlərin həlli üçün PT-ni mühəndislər kollektivi yaradır [2].Ġstənilən məsələnin PT-nin yaradılması həmin sahədə əhəmiyyətli həcmdə intellektual biliklərin yığılması, analizi, modelləĢdirilməsi, planlaĢdırılması, yeni müxtəlif metodların iĢlənməsi, səhvlərin aĢkar edilməsi üsullarının təkmilləĢdirilməsi, hazır proqram komponentlərindən, yüksək texnologiya vasitələrindən istifadə edilməsi, səmərəli istehsalçı kollektivin təĢkili və fəaliyyətlərinin qiymətləndirilməsi amillərilə müəyyən edilmiĢdir [3]. II. AZƏRBAYCAN RESPUBLĠKASININ TƏHSĠL SĠSTEMĠNDƏ PROQRAM TƏMĠNATI1960-cı illərdən baĢlayaraq informatika fundamental bir elm sahəsi kimi formalaĢmağa...
Məqalə inklüziv təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi məsələlərinə həsr edilmişdir. Burada müxtəlif tarixi dövrlərdə əqli və fiziki qüsurlu uşaqlara münasibət araşdırılmış, əlillərin hüquqlarının qorunması istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi sənədlər analiz edilmişdir. İKT-nin sağlamlıq imkanı məhdud olan müxtəlif kateqoriyalı insanların təhsilində istifadə imkanları müəyyənləşdirilmişdir. Müqayisəli analiz və müşahidə metodlarından istifadə etməklə inklüziv təhsildə İKT-nin tətbiqi üsulları analiz edilmiş, problemlər müəyyənləşdirilmiş və bu problemlərin həlli üçün tövsiyələr işlənilmişdir. Hazırda ölkəmizdə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində mühüm işlər görüldüyünü nəzərə alsaq, bu tədqiqatın nəticələri inklüziv təhsil siyasətini həyata keçirən qurumlar, təhsil işçiləri və bu sahənin tədqiqatçıları üçün faydalı ola bilər.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2025 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.