Sentiment analiz və ya rəylərin intellektual analizi məhsullar, xidmətlər, təşkilatlar, fərdlər, problemlər, hadisələr, mövzular və onların xüsusiyyətləri kimi obyektləri araşdıran insanların fikirlərini, hisslərini, duyğularını, qiymətləndirmələrini və münasibətlərini təhlil edən tədqiqat sahəsidir., Sentiment analizin inkişafi sosial şəbəkələrdə, forumlarda, bloqlarda, mikrobloqlarda aparilan geniş müzakirələr və s. generasiya edilən böyük həcmdə rəqəmsal verilənlərin yaranmasi ilə bağlidir. Son illər sentiment analiz təbii dilin emalı, verilənlərin intellektual analizi, mətnlərin analizi və informasiya axtarışı kimi sahələrdə geniş tədqiqat obyektinə çevrilmişdir. O, bütövlükdə cəmiyyətin bütün sahələrində, o cümlədən marketinq, maliyyə, politologiya, sosial elmlər, tibb elmləri və s. geniş yayılmışdır. Bu populyarlıq rəylərin praktiki olaraq insan fəaliyyətinin bütün istiqamətlərində həlledici əhəmiyyətə malik olması və insanların davranışlarına təsir edən əsas faktor olması ilə bağlıdır. Sosial şəbəkələr, bloqlar, forumlar və digər rəy mənbələrində yayımlanan yüz minlərlə fikir mətnlərinin adi üsullarla analiz oluna bilməməsi kompüter linqvistikası, sentiment analiz və ya rəylərin, fikirlərin çıxarılması sistemlərinin istifadəsini zəruri etmişdir. Məqalədə sentiment analizin tarixi və terminoloji aspektlərinə baxılmış, informasiya mənbələri, tətbiq sahələri haqqında məlumat verilmişdir. İşdə, həmçinin sentiment analizin əsas məsələləri və səviyyələri tədqiq olunmuşdur. Mövcud problemlər və həll yolları təhlil edilmişdir.
Sosial şəbəkələrin (SŞ) meydana gəlməsi adi passiv oxucunu kontent iştirakçısına çevirdi. Bu istifadəçilərə informasiya paylaşımı və fikir mübadiləsi aparmaq, eyni zamanda oxşar maraqları olan digər istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq üçün onlayn virtual cəmiyyyətlərdə özlərini ifadə etmək imkanı verdi. Bununla belə, SŞ istifadəçilərin sosial fəaliyyət sahəsini kommersiya fəaliyyət sahəsinə çevirdi. Bu isə SŞ istifadəçiləri üçün məxfilik və təhlükəsizlik problemləri yaradır. SŞ servis provayderləri müştərilərinin fərdi və məxfi məlumatlarını toplayırlar, bunlar da məlumat toplayanlar, üçüncü tərəflər və ya icazəsiz istifadəçilər tərəfindən sui istifadə edilə bilər. Məqalədə təhlükəsizlik və məxfilik problemləri araşdırılmış, SŞ istifadəçilərinin sosial mediadan istifadə etdikləri zaman bu problemlərdən qorunması üçün təkliflər şərh edilmişdir.
Məqalə böyük verilənlərin saxlanılma problemlərinin və mövcud həllərin analizinə həsr olunmuşdur. Verilənlərin saxlanması və emalı problemi hər zaman movcud olmuşdur. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə yaradılan böyük həcmli verilənlər bu gün saxlama problemini bir daha günd əmə gətirmişdir. Məqalədə verilənlərin mövcud saxlanma sistemləri müqayisəli şəkildə araşdırılmış, böyük verilənlərin saxlanılma problemləri və mövcud yanaşmaları analiz edilmişdir.
The paper is dedicated to security issues in big data and NoSQL databases. Big data, characterized by features such as large volume, velocity, and variety, make serious problems for security and privacy. Therefore, traditional security models have difficulties in dealing with such large scale data. In this paper, security and privacy issues have resarched in big data and NoSQL databases.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2025 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.