Xülasə- I. GĠRĠġÖtən əsrin sonlarından baĢlayaraq proqram məhsullarının sənaye metodları ilə böyük mütəxəssis kollektivləri tərəfindən kütləvi istehsalı onların dəqiq iqtisadi uçotuna, analizinə və proqnozlaĢdırılmasına, istehsalın səmərəli təĢkilinə, eləcə də xərclər, reallaĢdırma mərhələləri və müddətləri üzrə iĢlərin planlaĢdırılmasına zərurət yaratdı. Proqram mühəndisliyi və sənayesi sahəsində iqtisadi uçot, analiz və proqnozlaĢdırmanın əsas vəzifəsi, hər Ģeydən əvvəl, istehsalın iqtisadi xarakteristikalarının və mürəkkəb proqram məhsullarının idarə edilməsi üçün kifayət qədər dəqiq metodların, vasitələrin iĢlənməsi, öyrənilməsi və istifadəsi oldu. Ona görə də proqram məhsulları kompleksləri istehsalında proqram sənayesi və mühəndisliyinin tam halda və ayrı-ayrılıqda tərkib hissələrinin formalaĢması və inkiĢafının idarə edilməsinin iqtisadi məsələlərinin təhlilinə və həllinə çoxaspektli yanaĢma zəruridir. II. PROQRAM MƏHSULLARI ĠSTEHSALININ ĠQTĠSADĠ ƏSASLANDIRILMASI MƏSƏLƏLƏRĠProqram məhsulunun iĢlənib hazırlanması və istehsalı prosesində mühüm məsələlərdən biri məhsulun funksional xüsusiyyətlərinə dair tələblərin və lazımi resursların vaxtında müəyyənləĢdirilməsi və qiymətləndirilməsidir [1]. Nisbətən kiçik və sadə proqram məhsulları layihələri üçün bir çox hallarda tələb olunan iqtisadi resursların təcrübəli rəhbərlər tərəfindən intuitiv qiymətləndirilməsi kifayət qədər normal ola bilər. Ancaq böyük layihələrdə bu cür qiymətlər ciddi səhvlərə gətirib çıxara bilər. Buna görə də belə hallarda, ilk növbədə, proqram məhsullarının istehsal proseslərinin iqtisadi əsaslan-dırılmasına xüsusi diqqət yetirilməlidir.Kompleks proqram məhsullarının iqtisadi əsaslandırılması zamanı aĢağıdakı məsələlər nəzərə alınmalıdır [2]:• konkret proqram məhsulu layihəsi üzərində iĢin aparılması və ya davam etdirilməsinin ixtisaslı kadr, vaxt çatıĢmazlığı və ya istehsalın böyük əmək tutumluluğu səbəbin-dən məqsədəuyğun olmasına və ya onun dayandırılmasına;• layihənin tam həyata keçirilməsi və bazara çıxarılması üçün proqram məhsulu istehsalının rentabelli olmasını müəyyən etmək məqsədilə marketinq araĢdırılmalarının aparılması zərurətinə;• sifariĢçinin iqtisadi xüsusiyyətlərinin qiymətləndirməsi əsasında layihəyə olan tələblərinin kifayət qədər formalaĢmasına;• hazır, təkrar istifadə olunan komponentlərin tətbiqi imkanına, onların tətbiqinin rentabelli olmasına və ya layihə-nin tamamilə yenidən iĢlənib hazırlanmasının məqsədəuyğun olmasına;Göstərilən halların vaxtında nəzərə alınması lazımsız xərcləri azaltmağa imkan verir. III. PROQRAM SƏNAYESĠ VƏ MÜHƏNDĠSLĠYĠ ĠQTĠSADĠYYATININ MAHĠYYƏTĠ VƏ VƏZĠFƏLƏRĠProqram sənayesinin dinamik inkiĢafı iqtisad elmində yeni proqram mühəndisliyi iqtisadiyyatının yaranmasına səbəb oldu [3]. -Proqram mühəndisliyi iqtisadiyyatı‖nın inkiĢafı üçün iqtisadiyyatın bu yeni sahəsində toplanan təcrübənin və elmi yeniliklərin ümumiləĢdirilməsi və qavranılması tələb olunur. Bu mənada mürəkkəb proqram komplekslərinin müxtəlif istehsal mərhələlərində yüksək səviyyədə uçot, təhlil və proqnozlaĢdırılma üçün iqtisadi...
Məqalədə innovasiya texnoparklarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi üçün onun informasiya təminatı sisteminin arxitektur-texnoloji modelinin işlənilməsi məsələlərinə baxılmışdır. İnnovasiya proseslərinin və texnopark strukturlarının informasiya və biliklər iqtisadiyyatında rolu və əhəmiyyəti göstərilmişdir. Yüksək elmtutumlu məhsul istehsalı və xidmətlərin göstərilməsində innovasiya texnoparklarının rolu izah olunmuş və onların yaradılması xüsusiyyətləri təhlil olunmuşdur. Texnoparkların idarəetmə proseslərinin informasiya təminatının tərkib elementləri və arxitekturu verilmişdir. İnformasiya təminatı sisteminın formalaşmasına və səmərəliliyinə təsir edən amillər müəyyənləşdirilmişdir. İnnovasiya texnoparklarında bəzi müasir texnologiyaların tətbiq xüsusiyyətləri və perspektivləri araşdırılmışdır. Texnoparkların informasiya təhlükəsizliyi sisteminin arxitektur-texnoloji strukturu işlənilmiş və onun təkmilləşdirilməsi üzrə tövsiyələr verilmişdir. Texnoparkların informasiya təminatı sisteminin arxitektur modeli elm-təhsil-biznes təşkilatları platformasında elmi təşkilatların kompüter şəbəkəsi formasında təklif olunmuşdur. Texnoparkların informasiya təminatı sisteminin təkmilləşdirilməsinin perspektiv istiqamətləri üzrə tövsiyələr verilmişdir.Açar sözlər: informasiya və biliklər iqtisadiyyatı, innovasiya sistemləri, innovasiya texnoparkı, big data, informasiya təminatı sistemləri, informasiya sistemlərinin təhlükəsizliyi, arxitektur-texnoloji model.
Məqalədə İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri və onların sosial iqtisadi proseslərə təsiri araşdırılmışdır. Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrlə yanaşı, yeni sektorların inkişaf etdirilməsi istiqamətləri göstərilmişdir. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları müəyyənləşdirilmiş, onların formalaşması xüsusiyyətləri, problemləri tədqiq olunmuşdur. Onların formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri müəyyənləşdirilmişdir. Bəzi qlobal İKT, innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyəti təhlil edilmişdir. Texnoloji innovasiya iqtisadiyyatının formalaşdırılmasında innovativ inkişafı xarakterizə edən göstəricilər təklif olunmuşdur. Mobil sistem və texnologiyaların iqtisadi xüsusiyyətləri, problemləri izah olunmuş, beynəlxalq təcrübə araşdırılmışdır. İnternet iqtisadiyyatının müasir vəziyyəti və inkişaf perspektivləri təhlil olunmuşdur. Kosmik, Big Data, bulud, Əşyaların İnterneti, kiberfiziki sistemlər və süni intellekt texnologiyaları iqtisadiyyatının spesifik xüsusiyyətləri araşdırılmışdır. Yeni iqtisadi sektorların sosial-iqtisadi proseslərə təsiri tədqiq edilmişdir. IV Sənaye inqilabına keçid tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq İKT əsaslı yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və onların sosial iqtisadi proseslərə təsiri aspektlərinin müəyyənləşdirilməsilə əlaqədar müvafiq tövsiyələrin işlənilməsinə baxılmışdır. Texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması, inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən və sistemli yanaşmadan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsullarının, müasir İKT texnologiyalarının tələbləri, IV Sənaye inqilabının əsas tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr texnoloji innovasiya iqtisadiyyatı sektorlarının səmərəli fəaliyyətinin təşkilinə müəyyən böyük töhfələr verə bilər. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması istiqamətlərinin nəzərə alınması yeni iqtisadi idarəetmədə səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər.
Xülasə-Məqalədə Azətbaycan milli dil korpusunun lüğətlər blokunun hazırlanmasının aktuallığı göstərilmişdir. Milli dil korpusunun məzmunu açıqlanmışdır. Müasir kompüter dilçiliyi sistemləri təhlil olunmuşdur. Kompüter lüğətçiliyinin və onun proqram təminatının işlənilməsi məsələləri araşdırılmışdır.Açar sözlər-milli dil korpusu, lüğətlər bloku, kompüter lüğətiçiliyi, maşın tərcüməsi, proqram təminatı sistemi I. GĠRĠġYaĢadığımız əsr informasiya və yüksək texnologiyalar əsridir. Ġndi dünyada bu və ya digər hadisəni öyrənmək, problemlə tanıĢ olmaq üçün daha çox elektron kitabxanalara, elmi tədqiqat əsərlərinin toplandığı elmi bazalara müraciət edilir. Məhz bu baxımdan milli dil korpuslarının yaradılması olduqca aktual məsələdir. Ġlk dəfə olaraq ölkəmizdə Azərbaycan dilinin milli korpusunun yaradılması, onun lüğətlər blokunun optimal strukturunun və müvafiq proqram təminatının iĢlənib hazırlanması nəzərdə tutulur. Tədqiqatın nəticələri Azərbaycan dili, eləcə də digər türk dilləri üçün milli korpusların yaradılması ilə bağlı elmi-praktik və texniki sistemlərdə istifadə oluna bilər. Bu istiqamətdə milli dil korpusunun daxilində lüğətlər bloku, onun optimal strukturu və müasir proqram təminatının iĢlənilməsi mühüm məsələdir. II. AZƏRBAYCAN MĠLLĠ DĠL KORPUSUNUN MAHĠYYƏTĠ VƏ MƏZMUNUMilli dil korpusu dedikdə, hər hansı konkret bir dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiĢ məlumat axtarıĢı sistemləri baĢa düĢülür. Konkret dilin milli korpusunda tarixi dövrün müəyyən mərhələlərində dil tam Ģəkildə bütün üslubları, janrları, ədəbi dili, dialektləri ilə təmsil olunur [1]. Lakin, korpusda mətnlər kor-koranə deyil, müəyyən qayda və nizamla yerləĢdirilir. Elektron formatda olan və dili tam təmsil edən çap məhsulları elə yerləĢdirilir ki, istifadəçi lazım gəldikdə ondan müəyyən informasiya əldə edə bilsin. Yəni, milli dil korpusları elektron kitabxanalardan və elmi bazalardan fərqli xüsusiyyətlərə malikdir. Milli korpus elektron kitabxanalar kimi -maraqlı‖, daha çox -oxunan‖ əsərlərin toplusu deyil. Milli korpus dilin tam və bütün üslubları ilə təmsil olunmasına istiqamətlənmiĢdir. Əlbəttə, sonrakı mərhələlərdə dilin daha geniĢ və bütünlüklə təmsil olunması, bütün folklor nümunələrinin, klassik ədəbiyyatın, dialekt materiallarının elektron variantlarının yaradılması da nəzərdə tutula bilər. Bütün variantlarda milli dil korpusu elə qurulmalıdır ki, istifadəçi ondan müəyyən lazımi informasiyanı əldə etmək imkanına malik olsun.Konkret dillər üçün milli korpusun yaradılması əvvəllər də dünya miqyasında aktual məsələ kimi araĢdırılırdı və həmin vaxtlarda maĢın fondu adlandırılırdı. Elə indi də hər iki termin, yəni maĢın fondu və milli korpus terminləri paralel iĢlənməkdədir.Bəzi tədqiqatçı alimlərin iĢlərində bu məsələ ilə bağlı maraqlı ideyalar irəli sürülür. Onlar göstərirlər ki, informasiya texnologiyalarına dair terminologiyanın bugünkü durumundan çıxıĢ etdikdə, -milli korpus‖ termini əvəzinə -kompüter fondu‖ iĢlənməsini daha məqbul hesab etmək olar. Bu göstərilən terminin hələ də tam sabitləĢməməsindən xəbər v...
Məqalə informasiya iqtisadiyyatı sektorlarının formalaşmasına, yeni sənaye strukturlarının və innovativ texnoparkların inkişafına IV sənaye inqilabının təsiri məsələlərinin tədqiqinə həsr olunmuşdur. Burada yeni sənaye inqilabı və onun təsiri nəticələri haqqında elmi işlərin icmaltəhlili aparılmışdır. IV sənaye inqilabının müasir iqtisadiyyata və iqtisadi strukturların fəaliyyətinə təsiri məsələləri araşdırılmışdır. Sənaye inqilablarının mahiyyəti, fərqli xüsusiyyətləri, platforması və tərkib hissələləri tədqiq edilmişdir. Onun məqsədləri, prinsipləri, əsas hədəfləri göstərilmiş, elmi-texnoloji yenilikləri və əsas "drayver"ləri müəyyənləşdirilmişdir. Regionun innovativ iqtisadi inkişafında sənaye inqilabının əhəmiyyəti göstərilmişdir. Dördüncü sənaye inqilabının gözləntiləri ilə əlaqədar beynəlxalq təcrübə və Azərbaycandakı vəziyyət təhlil olunmuş və müvafiq tövsiyyələr verilimşdir.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.