Xülasə- I. GĠRĠġÖtən əsrin sonlarından baĢlayaraq proqram məhsullarının sənaye metodları ilə böyük mütəxəssis kollektivləri tərəfindən kütləvi istehsalı onların dəqiq iqtisadi uçotuna, analizinə və proqnozlaĢdırılmasına, istehsalın səmərəli təĢkilinə, eləcə də xərclər, reallaĢdırma mərhələləri və müddətləri üzrə iĢlərin planlaĢdırılmasına zərurət yaratdı. Proqram mühəndisliyi və sənayesi sahəsində iqtisadi uçot, analiz və proqnozlaĢdırmanın əsas vəzifəsi, hər Ģeydən əvvəl, istehsalın iqtisadi xarakteristikalarının və mürəkkəb proqram məhsullarının idarə edilməsi üçün kifayət qədər dəqiq metodların, vasitələrin iĢlənməsi, öyrənilməsi və istifadəsi oldu. Ona görə də proqram məhsulları kompleksləri istehsalında proqram sənayesi və mühəndisliyinin tam halda və ayrı-ayrılıqda tərkib hissələrinin formalaĢması və inkiĢafının idarə edilməsinin iqtisadi məsələlərinin təhlilinə və həllinə çoxaspektli yanaĢma zəruridir. II. PROQRAM MƏHSULLARI ĠSTEHSALININ ĠQTĠSADĠ ƏSASLANDIRILMASI MƏSƏLƏLƏRĠProqram məhsulunun iĢlənib hazırlanması və istehsalı prosesində mühüm məsələlərdən biri məhsulun funksional xüsusiyyətlərinə dair tələblərin və lazımi resursların vaxtında müəyyənləĢdirilməsi və qiymətləndirilməsidir [1]. Nisbətən kiçik və sadə proqram məhsulları layihələri üçün bir çox hallarda tələb olunan iqtisadi resursların təcrübəli rəhbərlər tərəfindən intuitiv qiymətləndirilməsi kifayət qədər normal ola bilər. Ancaq böyük layihələrdə bu cür qiymətlər ciddi səhvlərə gətirib çıxara bilər. Buna görə də belə hallarda, ilk növbədə, proqram məhsullarının istehsal proseslərinin iqtisadi əsaslan-dırılmasına xüsusi diqqət yetirilməlidir.Kompleks proqram məhsullarının iqtisadi əsaslandırılması zamanı aĢağıdakı məsələlər nəzərə alınmalıdır [2]:• konkret proqram məhsulu layihəsi üzərində iĢin aparılması və ya davam etdirilməsinin ixtisaslı kadr, vaxt çatıĢmazlığı və ya istehsalın böyük əmək tutumluluğu səbəbin-dən məqsədəuyğun olmasına və ya onun dayandırılmasına;• layihənin tam həyata keçirilməsi və bazara çıxarılması üçün proqram məhsulu istehsalının rentabelli olmasını müəyyən etmək məqsədilə marketinq araĢdırılmalarının aparılması zərurətinə;• sifariĢçinin iqtisadi xüsusiyyətlərinin qiymətləndirməsi əsasında layihəyə olan tələblərinin kifayət qədər formalaĢmasına;• hazır, təkrar istifadə olunan komponentlərin tətbiqi imkanına, onların tətbiqinin rentabelli olmasına və ya layihə-nin tamamilə yenidən iĢlənib hazırlanmasının məqsədəuyğun olmasına;Göstərilən halların vaxtında nəzərə alınması lazımsız xərcləri azaltmağa imkan verir. III. PROQRAM SƏNAYESĠ VƏ MÜHƏNDĠSLĠYĠ ĠQTĠSADĠYYATININ MAHĠYYƏTĠ VƏ VƏZĠFƏLƏRĠProqram sənayesinin dinamik inkiĢafı iqtisad elmində yeni proqram mühəndisliyi iqtisadiyyatının yaranmasına səbəb oldu [3]. -Proqram mühəndisliyi iqtisadiyyatı‖nın inkiĢafı üçün iqtisadiyyatın bu yeni sahəsində toplanan təcrübənin və elmi yeniliklərin ümumiləĢdirilməsi və qavranılması tələb olunur. Bu mənada mürəkkəb proqram komplekslərinin müxtəlif istehsal mərhələlərində yüksək səviyyədə uçot, təhlil və proqnozlaĢdırılma üçün iqtisadi...
Məqalə İKT-yə, informasiyaya, bilik və texnologiyalara əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşmasının bəzi xüsusiyyətlərinə və inkişafı problemlərinə həsr olunmuşdur. Yeni cəmiyyətin və iqtisadiyyatın yaradılması, inkişaf etdirilməsi zərurəti və aktuallığı əsaslandırılmışdır. Postindustrial nəzəriyyələrin istiqamətləri, informasiya, bilik və postbilik iqtisadiyyatları haqqında ümumi məlumatlar şərh olunmuşdur. Postbilik iqtisadiyyatında intellektuallıq amili, bilik və postbilik iqtisadiyyatlarının əsas fərqli xüsusiyyətləri göstərilmişdir. İntellektual iqtisadiyyatın inkişafının əsas baza xüsusiyyətləri və prinsipləri konseptual model formasında sxematik olaraq təklif olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşmasında institusional amillər və əsas problemlər izah olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsi üzrə göstəricilərin işlənilməsinin ümumi istiqamətləri, xarakterləri müəyyənləşdirilmişdir. İntellektual cəmiyyətin və iqtisadiyyatın bəzi müasir inkişaf trendlərinin nəzərə alınması üçün müvafiq təklif və tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq beynəlxalq iqtisadi inkişaf meyllərinə, 4-cü Sənaye inqilabının çağırışlarına müvafiq olaraq intellektual cəmiyyətin və iqtisadiyyatın inkişafı problemlərinin müəyyənləşdirilməsində sistemli yanaşmadan istifadə edilmişdir. Burada statistik analiz üsulları tətbiq olunmuş, müasir İKT texnologiyalarının tələbləri nəzərə alınmışdır. İKT-yə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşması xüsusiyyətləri və inkişafı problemlərinin təhlili əsasında verilən tövsiyələr yeni iqtisadiyyatın fəaliyyətinin səmərəli təşkilində müəyyən töhfələr verə bilər. Təklif olunmuş müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modelinin nəzərə alınması yeni iqtisadi idarəetmədə qərar qəbuluna əlavə imkanlar yarada bilər.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.