Xülasə-Kiçik və orta elmtutumlu innovasiya Ģirkətlərinin inkiĢafı üçün əlveriĢli mühitin formalaĢdırıldığı elm-istehsalat kompleksi olan texnopark -əsasən elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiya məhsuluna çevrilməsi və bazara çıxarılmasının təĢkili ilə məĢğul olur.Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın inkiĢaf strategiyası hazırlanmıĢ və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri (SYX) təsdiq edilmiĢdir [4]. Milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmıĢdır. Bu yol xəritələri iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir.
SYX-nin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışıinsan potensialının reallaĢdırılması üçün geniĢ imkanlar, keyfiyyətli təhsilə çıxıĢ imkanlarının geniĢləndirilməsi, səmərəlilik və innovasiyaya əsaslanan iqtisadiyyata keçidin əsasını təĢkil edəcəkdir. Ġqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin rəqabətqabiliyyətli iĢçi qüvvəsinin olması, əmək bazarının tənzimlənməsi, yüksək texnologiyaların, o cümlədən ağıllı maĢınların və sistemlərin tətbiqi, iqtisadiyyatın səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçməsidir.Ġnnovativ texnologiyaların yeni formalaĢan iqtisadi sahələrin inkiĢafına təsiri, avtomatlaĢdırılmıĢ bilik yaradılması prosesi, -internet nəzarəti‖, uzaq məsafəli idarəetmə texnologiyaları, süni intellekt və robotlaĢdırma, idarəetmənin qabaqcıl texnologiyaların (bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və s.) tələblərinə uyğunlaĢdırılması həyata keçiriləcəkdir. Proqram vasitələrinin və texnoloji avadanlıqların istehsalı təĢkil olunacaq və inkiĢaf etdiriləcəkdir.Proqram vasitələrinin və texnoloji avadanlıqların istehsalı prosesində elmi-texnoloji innovasiya texnoparkları əsas innovativ strukturlardan sayılır.Elmi-texnoloji innovasiya texnoparklarının proqram və informasiya təminatının yeni innovativ texnologiyalar əsasında iĢlənilməsi müasir dövr üçün ən zəruri və aktual məsələlərdəndir. Bu isə, öz növbəsində elmi-texnoloji innovasiya texnoparkları ilə proqram mühəndisliyinin qarĢılıqlı əlaqəsi məsələlərinin təhlilini və həllini qaçılmaz edir. Proqram mühəndisliyinin nailiyyətlərinin tətbiqi və inkiĢafı texnoparkların fəaliyyətinin təĢkilində yeni inkiĢaf perspektivlərinin yaranmasına imkan yaradır.Məqalədə elmi-texnoloji innovasiya texnoparklarında proqram vasitələrinin istehsalının inkiĢaf etdirilməsinin əhəmiyyəti göstərilmiĢdir. Texnoparkların müasir informasiya təminatı sisteminin iĢlənilməsi üzrə proqram mühəndisliyinin problemləri və proqram paketləri kompleks Ģəkildə tədqiq olunmuĢdur.