İşdə pasiyentlərin fərdi məlumatlarının yayılmasına imkan yaradan informasiya-kommunikasiya texnologiyalarının tibb sahələrinə tətbiqi araşdırılmışdır. Tibbi informasiya sistemlərinin və Internet mühitində tibbi sosial medianın yaratdığı problemlər şərh edilmişdir. Elektron mühitdə tibbin normativ-hüquqi bazasının formalaşdırılması, proqram-texniki bazasının təkmilləşdirilməsi, peşəkar kadrların hazırlanması və təhlükəsizliyin təmin olunması üçün yeni texnologiyaların işlənməsi tövsiyə olunmuşdur. Açar sözlər-tibbi informasiya sistemləri; tibbi sosial media; məxfi məlumatlar; fərdi məlumatların təhlükəsizliyi