Özünəməxsus təbii məhdudiyyətləri ilə zəngin olan real əşyalar aləmindən fərqli olaraq, alətlərin və materialların kompüter modelləri aləmi yaradıcı insanların özünü büruzə verməsi üçün praktiki cəhətdən qeyri-məhdud imkanlar açır. Bunun üçün ən əlverişli alət fərdi kompüter (FK) və ona uyğun proqram təminatıdır. 3D qrafik redaktorlar süni əşyaların, personajların yaradılması, onların animasiyası və real əşyalarla, interyerlə ahəng təşkil etməsidir. Müasir dövrümüzdə qrafik redaktorların istifadəsi üçün daha perspektivli istiqamətlər mövcuddur. Təqdim edilən işdə üçölçülü qrafik redaktorlarının müsbət və mənfi keyfiyyətləri araşdırılmış, qarşılıqlı və müqayisəli təhlili aparılmışdır. Açar sözlər-3D qrafika, kompüter qrafikası, 3D texnologiya, 3D model, vizuallaşma I. GĠRĠġ Üçölçülü (3 Dimensions-3D) ingilis dilindən tərcümədə virtual yaradıcılıq deməkdir, dizayner tərəfindən yaradılan həcmli hiss olunan kompüter aləmidir.
3D printing is widely spread in modern era 3D printing is used in different areas of the society today; in education, medicine, construction, design, studying cosmic information, military etc. There are negative impacts of 3D printing with its useful sides. The opportunities and application areas are shown at the article and at the same time dangers 3D printers caused are researched.
Məqalə fraktal qrafika, onun tətbiq sahələri və inkişaf perspektivlərinə həsr olunmuşdur. Fraktal qrafikaya həyatımızın hər sahəsində rast gəlinir. Belə ki, təbiətin hər bir qarışıq hissəsindəki qanunauyğunluq fraktaldan xəbər verir. Məqalədə fraktal qrafikanın tətbiq sahələri haqqında araşdırma aparılmış və imkanları analiz olunmuşdur.Açar sözlər: fraktal, fraktal qrafika, fraktal həndəsə. GirişElmdə ən möhtəşəm kəşflər insan həyatını radikal şəkildə dəyişdirə bilər. Belə ki, peyvəndin ixtirası milyonlarla insanın həyatını xilas etdi, lakin silahın yaranması, əksinə bu həyatı sonlandırdı. Elektrik enerjisi əldə olunduqdan sonra elektriklə idarə olunan əlverişli qurğular olmadan həyatı təsəvvür edə bilmərik. Elə tapıntılar da var ki, onların həyatımıza təsir etməsinə baxmayaraq, insanlar ona az əhəmiyyət verirlər. Belə bir kəşflərdən biri fraktaldır.Təbii ki, hər bir insanda dünyanı, ətraf mühiti tanıma marağı, arzusu var. O, ətrafında baş verən prosesləri təhlil edərək, baş verənlərin məntiqini tapmaq və bəzi qanunauyğunluqları dərk etmək istəyir. Bu baxımdan, elm adamları hər zaman, xaosda belə qanunauyğunluqlar axtarırlar. Bu o deməkdir ki, hətta xaosda da hadisələr arasında əlaqə tapmaq olar. Bu əlaqəyə fraktal deyilir [1].Yaxın vaxtlaradək müxtəlif təbiət konstruksiyalarının həndəsi modelləri ənənəvi olaraq sadə həndəsi fiqurlarla, məsələn, düz xətt, çoxbucaqlı, dairə, sfera və s. ilə qurulurdu. Amma elementar strukturun təsvirində istifadə olunan ənənəvi üsulun daha mürəkkəb strukturlu obyektlər, məs., sahilboyu xətlərin çəkilməsi, suların burulma selində sürət sahəsinin, havada ildırımın boşalmasının təyini, məsaməli materialların, bulud, qar dənəcikləri, tonqalın alovu, insanın qandamar sistemi, membranın damalı səthinın ölçülməsi üçün çox da yaxşı nəticə vermədiyini demək olar. Son illər bu tip ölçmə üçün alimlər yeni həndəsi terminlərdən istifadə edirlər. Bunlardan biri də həndəsənin ənənəvi üsullarını dəyişən fraktal anlayışıdır. Fraktalların zahirən gözəl görünüşü bu sahənin daha çox öyrənilməsinə təsir edən arqumentdir [2].Elmin fraktallar haqqında əldə etdiyi yüksək nəticələr müasir kompüterin tətbiqi ilə hesablama riyaziyyatının köməyilə aparılmışdır. "Kompüter eksperimentləri" müxtəlif fraktal strukturlar və onların yaranma səbəbləri haqqında tam təsəvvür əldə etməyə imkan verir. Çox vaxt bu strukturların nəzəri modelləşdirilməsi real təbiət obyektlərinin mürəkkəb formalarını öyrənən eksperimental üsullardan önə keçir. Hal-hazırda müqayisəli sadə alqoritmlərin köməyilə fantastik landşaft və formaların üçölçülü təsvirini yaratmaq mümkündür. Digər tərəfdən, fraktalların süni təsviri təbii formalarla seçilməyəcək dərəcədə oxşardır.Bu gün "fraktal qrafika" çox sürətlə yayılan kompüter qrafikası istiqamətlərindən biridir və çox da perspektivli hesab olunur. Fraktal qrafikanın riyazi əsası fraktal həndəsədən götürülüb. Burada əsas şərt vərəsəlik prinsipi üzərində qurulub, "valideynlərin" həndəsi xassələri obyektlərə irsən ötürülür. Fraktalların tarixiFraktal həndəsənin tarixi K.Veyerştrass, G.Kantor, Xa...
Xülasə-Məqalə informasiya iqtisadiyyatı şəraitində innovativ nəşriyyat-poliqrafiya sektorunun formalaşmasında müasir İKT proqram-texniki vasitələrinə, sistemlərinə, resurslarına və onların təhlükəsizliyi problemlərinə həsr olunmuşdur. İqtisadi inkişafda İKT, bilik və innovasiyaların roluna baxılmış və əhəmiyyəti göstərilmişdir. Informasiya iqtisadiyyatında nəşriyyat-poliqrafiya sektorunun rolu və yeri aydınlaşdırılmışdır. Nəşriyyat-poliqrafiya sektorunun innovativ xüsusiyyətləri, institutsional strukturu və inkişaf mərhələləri izah olunmuşdur. Nəşriyyat-poliqrafiya sektorunun effektivliyinin yüksəldilməsində innovativ İKT vasitələri və onların təhlükəsizliyi problemləri araşdırılmışdır. Həmin problemlərin həlli üzrə bəzi tövsiyələr verilmişdir.
Məqalə 3D texnologiyalarının yaranma tarixi, müasir vəziyyəti və perspektivlərinə həsr olunmuşdur. 3D texnologiyaları ilə idarə olunan mövcud sistemlər və onların iqtisadiyyatda, tibdə və digər sahələrdə rolu analiz olunmuş, virtual reallığın tətbiq sahələri araşdırılmış, real obyektlərin virtual obyektlərə çevrilməsi ilə əlaqədar bəzi texnologiyalar analiz olunmuşdur. 3D texnologiyalarının imkanları və həlli vacib olan problemləri müəyyənləşdirilmişdir.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2025 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.